"Simurq" asan rəqib deyil"

09.09.2011 | 4709 dəfə oxunub

“İnter”in qapıçısı Səlahət Ağayev klubunun rəsmi saytına müsahibə verib. Qolkiper növbəti turda qarşılşacaqları “Simurq”la matç barədə fikirlərini açıqlayıb və diskvalifikasiya edilmiş Giorgi Lomayanı əvəz etmək şansı haqqında danışıb.

- “İnter” təlim-məşq toplanışı keçirdiyi Gürcüstandan qayıdıb. Lakin siz Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət olunduğundan həmin toplanışda iştirak etmədiniz...
- Bəli, toplanışda iştirak edə bilmədim. O vaxt mən U-21 yığması ilə İngiltərə matçına hazırlaşırdım. Gənclərdən ibarət milli komandaya dəvət almaq mənə xoşdur. Hesab edirəm ki, əsas və ya gənclərdən ibarət milli komandalarda çıxış etməkdən asılı olmayaraq, ölkənin şərəfini qorumaq böyük fəxrdir.

- Qarşıdakı “Simurq”la matç barədə nə düşünürsünüz?
- “Simurq” asan rəqib deyil. Bu komandada yaxşı futbolçular cəmləşib, onların yeni məşqçisi var. Buna görə də, rəqib çox güman ki, oyunu özlərinə sərfəli nəticə ilə başa vurmağa çalışacaq.

- Məlumdur ki, əsas qapıçı Giorgi Lomaya 2 oyunluq diskvalifikasiya edilib. Bu o deməkdir ki, onu ya Dmitri Kramarenko, ya da siz əvəz edəcəksiniz...
- Kaxaber Tsxadadze özümü göstərmək üçün mənə şans verərsə, ondan maksimum dərəcədə istifadə etməyə çalışacağam.

- Meydana çıxmağa hazırsınız?
- Hazıram. İstər fiziki, istərsə psixoloji cəhətdən hazıram. Yaxşı formadayam və səbirsizliklə meydana çıxmağı gözləyirəm.

- Yeri gəlmişkən, bu oyun sizin üçün “İnter”in heyətində debüt matç ola bilər...
- Bəli, axı çempionatda “İnter” üçün hələ oynamamışam. Ötən mövsüm MOİK-in heyətində meydana çıxmışam və indi də eyni addımı doğma “İnter”in formasında atmaq istəyirəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail