Əmrah Çəlikəl: " Bu il yaşadığım həyəcanı ötən il yaşamamışdım"

17.05.2015 | 4157 dəfə oxunub

"Əziyyətlərimiz hədər getmədiyi üçün çox xoşbəxtik. Biz çempionluğu istedik və bunun üzərində işlədik. İndi kubokun finalında da qələbə qazanmalıyıq ki, çempionluğun təsadüf olmadığını sübut edək. Bunun üçün hələ çox iş görməliyik". 

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Premyer Liqanın 34-cü turunda "Sumqayıt"a qalib gələrək çempionluqlarını rəsmiləşdirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Klub rəsmisi çempionluqda əməyi olan hər kəsə təşəkkürünü bildirib: "Çempionluğa görə başda Qurban Qurbanov olmaqla bütün komandanı təbrik edirəm. Bütün "Qarabağ" dəstəkləyənlərə də təşəkkürümü bildirirəm. Bu il yaşadığım həyəcanı ötən il yaşamamışdım. Bir gözümüz də Qəbələdə idi. Bilmirdim ki, həyəcandan hansı oyunu izləyim".

"Qarabağ"ın turnir cədvəlindəki ən yaxın izləyicisi "İnter" Premyer Liqanın 34-cü turunda səfərdə "Qəbələ" ilə 1:1 bərabərə qalıb. Ağdam təmsilçisi isə öz meydanında "Sumqayıt"a 1:0 qalib gəlməklə ardıcıl ikinci mövsümdə çempionluğunu rəsmiləşdirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail