"Neftçi"nin Müşahidə, yoxsa müharibə Şurası?

18.05.2015 | 3885 dəfə oxunub

Ay yarımdan çoxdur ki, “Neftçi" klubunda Müşahidə Şurası fəaliyyətə başlayıb. Yaxud belə deyək, 2 həftədən sonraNeftçi" Müşahidə Şurasının fəaliyyətə başlamasının 2 ayı tamam olacaq. Şuranın yaradılması müxtəlif söz-söhbətlərə yol açdı bununla bağlı müzakirələr hələ davam etməkdədir. Bizdə adətən hər şey kağız üzərində yaxşı olur. Amma əməldə tam əksini görürük. “Neftçi"nin Müşahidə Şurası onun fəaliyyəti isə kağızın üzərində yaxşıdır, kağızdan kənarda. Öncədən bilinirdi ki, bütün bunlar AFFA-nın baş katibi Elxan Məmmədovun Azərbaycan futbolununişğal"ı yolunda daha bir mühümpostu" ələ keçirməsi ilə nəticələnəcək planın bir hissəsidir. Baş katib öncədən kluba öz adamı olan Elnur Məmmədovu yerləşdirmişdiMartın 31- isə klubu bütünlükləişğal" etdi Nobel prospektindəkipaytaxt"da öz hökmranlığını elan elədi. “Müharibə" qurtarsa da, “döyüşlər" davam edir. Elxan Məmmədov Sadıq Sadıqovlamüharibə"dən qalib çıxdı. İndi isə onunəsgəri" Elnur Məmmədov əvvəlki prezidentə yaxın insanları, futbolçuları bir-birNeftçi"dən təmizləməklə məşğuldur. Bu haqda bir qədər sonra danışacağıq. Əvvəlcə geridə qalan ay yarımlıq müddətdə Çingiz Abdulayevin rəhbər olduğu şuranın fəaliyyətinə nəzər salaq. Görək Sadıq Sadıqovun bacarmadığı hansı yenilikləri ediblər ki, həmin yeniliklər inkişafa təkan verib.

 

Siqnal

Gözləndildiyi kimi, ilk vaxtlar şuranın sədri Çingiz Abdullayev, eləcə şuranın üzvü Bəhram Bağırzadə tez-tez jurnalistlər önünə çıxıb hər şeyin yaxşı olacağını, “Neftçi"nin Avropada uğur qazanması yolunda böyük planlarının varlığından danışırdılar. Ancaq hər kəlmələrindən onların futbol idarəçiliyindən qədər uzaq olduqları üzə çıxdı. Abdullayevin sədr seçilər-seçilməz AFFA-dan 65 000-lik Olimpiya stadionunu istəməsinin özü mətləbdən xəbər verir. Deməli, bu adamın xəbəri yoxdur ki, “Neftçi" heç 11 000-likBakcel Arena"nın yarısını azarkeşlə doldura bilmir. Bundan başqa, tez-tezmən futbol adamı deyiləm, ona görə peşəkarlarla məsləhətləşəcəm", deyirdi. Bütün bunlar isə gələcək uğursuzluqlara siqnal sayılırdı. Müşahidə Şurasında peşəkar kimdir ki, Abdullayev onunla məsləhətləşə? Bəhram Bağırzadə şoumen, digərləri SOCAR-ın nümayəndələridir. İki nəfər futbol veteran var ki, onlara da qulaq asan, fikirlərini öyrənən kimdir? Sadıq Sadıqova gəlincə, ondan da məsləhət almaq olmaz. Çünki, aparılan mübarizə elə onun özünə qarşıdır.

 

FutbolKVN" deyil

Bəhram Bağırzadə deyirdi ki, azarkeşləri tribunalara toplamaq üçün xüsusi planım var qısa zamanda hamınız faydasını görəcəksiniz. 1-2 oyun çıxdı pulsuz bilet payladı, şərf, mayka verdi, elə bildi ki, hər şey bununla düzələcək. Neçə oyundu artıq Bəhram gözə dəyir, onu planları. Tribunalar isə yenə bom-boşdur. Görünür, Bağırzadə başa düşüb ki, futbol təsərrüfatında idarəçilik heç kənaradan onun gördüyü qədər asan deyil. Yeni gələndə hər kəlməsindəKVN"i, orada qazanılan uğurları misal çəkirdi. Bu, “KVN" deyil ay Bəhram! “KVN" 2000 adamı zala problemsiz toplaya bilərsən. Futbolun auditoriyası, futbola yanaşma tamam başqadır. Burada azarkeş toplamaq böyük, özü peşəkar tələb edir. Bu gün kiməsə şərf, forma paylaya bilərsən həmin azyaşlılar bunun xətrinə bir dəfə stadiona  gəlib 5-10 dəqiqə çığır-bağır sala bilərlər. Amma növbəti oyunda gəlməyəcəklər.

 

Maaşınızı alın, səsiniz çıxmasın!

Az öncə qeyd etdiyimiz kimi, şuranın digər üzvlərinin fəaliyyətindən isə heç danışmağa dəyməz. Onları sadəcə, say tərkibini doldurmaq üçün buraya daxil ediblər. Mübariz Zeynalov Səməd Qurbanov kimi veteranlar indiyə kimi ağızlarına su alıb dayanıblarsa, bundan sonra danışacaqlar? Maaşlarını alıb yenə susacaqlar, “yuxarı"dan da hansı təklif gəlsə, onun xeyrinə əl qaldıracaqlar. Təki hər şey Elxan Məmmədovun, Elnur Məmmədovun istədiyi kimi getsin. Zeynalov bundan sonra gedib haradasa məşqçi işləyəndir, Qurbanov. Onsuz da bu şuranı yaratmağın məqsədi Sadıq Sadıqovu postundan uzaqlaşdırmaq idi. “Axırıncı aşırım" filmində Kərbəlayı İsmayılın sözü olmasınguya bilmirik bu kolxoz oyununu niyə atıblar ortaya?". Hədəf Sadıqov idi. O da artıqNeftçi" yoxdur. Müşahidə Şurasının üzvü kimi adı getsə , hər kəs bilir ki, bu, müvəqqətidir. Mövsüm başa çatan kimi, sabiq prezidentin klubdan birdəfəlik gedəcəyi gözlənilir. Onunla bərabər kadrları ilə mübarizə adı altında müharibə davam edir.

 

Köhnələrə qənim kəsilən yenilik

Yəqin ki, klubda baş verən son istefalardan, gedişlərdən xəbərdarsınız. Sadıqovun adamlarının göndərilməsi prosesi indi davam etməkdədirYeniliklər hələ ki, köhnələrin göndərilməsi ilə bağlıdır. Bir ara klubun loqosunu dəyişmək fikrinə düşdülər, amma görünür ictimaiyyət media tərəfindən böyük təzyiq gördüklərindən bu fikirlərindən əl çəkdilər. Klubun bu qədər problem ola-ola yeni rəhbərlik gedib loqodan yapışır, məktəb uşaqları ilə görüşüb forma paylayır, onları stadiona dəvət edir, özlərindən yeni departamentlər yaradıb yeni ştatlar açırlar s. Daha demirlər ki, loqodan çox-çox vacib problem komandanın oyun nizam-intizamını, oyun keyfiyyətini yaxşılaşdırmaqdır. Məktəb variantını Sadıq Sadıqov bir-neçə il bundan qabaq eləmişdi heç bir effekt verməmişdi. Sabiq prezident özü bunu etiraf eləmişdi. Yenə deyirik, peşəkar, sağlam, baxımlı oyun oynayan komanda olsa, azarkeş stadionlara gələcək. Hazırkı rəhbərlik bunları etməkdən Sadıq Sadıqovunadamları" qaralayıb onları klubdan göndərməklə məşğuldur. Mühafizə xidmətindən tutmuş, futbolçuya qədər. Elnur Məmmədov Elxan Məmmədovun dəstəyi tövsiyyəsi ilə gündə bir ştat açır, gündə bir kadr dəyişikliyi edir. Yenilik deyəndə bunları nəzərdə tuturdunuz? Bacarığınız, bildiyiniz varsa konkret görün. Yenilik xatirinə yenilik kimə lazımdırGörün, komandanız gündədir. Siz gələnə qədər çempionluq şansını saxlayan  “Neftçi" artıq 3- pilləni əldən verib. “Simurq"un durumu bərbad olmasaydı, bilmək olmazdı, bəlkə elə onlar da sizi turnir cədvəlində keçəcəkdilər. Bu gedişləNeftçi" uçuruma gedir. O boyda klub göz görə-görə dağıdılırHanı bu şuranın gördüyü işlərin nəticəsi?

 

Əcnəbi sevgisi

Çingiz Abdullayev şuraya sədr seçiləndə demişdi ki, kim nizam-intizamı pozsa, özünü apara bilməsə, rədd olub gedəcək. Elə beləcə demişdi - “rədd olub gedəcək". Amma məhz yeni rəhbərliyin gəlişindən sonra keçirilən 7 tur ərzində klubun 4 futbolçusu qırmızı vərəqə alaraq meydançadan qovulub (VobaySimurq"la, KardosoQarabağ"la, KanalesSumqayıt"la, Mirhüseyn Seyidov isəİnter" oyunda - red.). 7 tura 4 qırmızı vərəqə bilirsiniz deməkdir? Özü Neftçi" kimi komanda üçün. Bu onu göstərir ki, klubda hərc-mərclikdir. Maraqlıdır ki, qırmızı vərəqə alan  futbolçulardan üçü legionerdi. o da daha maraqlıdır ki, həmin legionerlər cəzasız qaldıqları halda qırmızı vərəqə alan tək yerli futbolçu olan Mirhüseyn Seyidov klubdan göndərilir. Bu qərarın özü Sadıqova qarşı aparılanmüharibə"nin tərkib hissəsidir. Çünki Seyidov Sadıqovun adamdı, onun yerlisidir. Necə olur, Vobay gedib Zaqatalada millətə cinsiyyət orqanını göstərir, amma ona gözün üstə qaşın var deyən tapılmır, Mirhüseyni isə mübahisəli bir epizoda görə komandadan kənarlaşdırırlar? “İnter" oyundaNeftçi"nin iki futbolçusu penaltini vura bilmədi. Amma həmin futbolçulardan legioner olan Nfora güldən ağır söz deyilmədi. Əvəzində yerli olan Rauf Əliyev heyətdən kənarlaşdırdı. Niyə, hansı səbəbə?

Bu məsələdə diqqətimizi çəkən bir məsələ var - Rauf Əliyev, Elvin Yunuszadə Mirhüseyn Seyidovun əsas heyətdən uzaqlaşdırılması transferə çıxardılması haqda qərarın qəbul olunduğu iclasda Sadıq Sadıqov iştirak etməyib. Bunun özü bizim haqqında söz açdığımızmüharibə" məsələsinin boş söz olmadığını sübut edir.

Deyilənlərə inansaq, Robert ProsineçkininNeftçi"dən yığmaya futbolçu cəlb etməməsi Məmmədov - Sadıqov qarşıdurmasının tərkib hissəsidir. Yəni, Məmmədov Prosineçkiyə tapşırır ki, “Neftçi"dən yığmaya futbolçu çağırma de ki, bu klubda millidə oynamağa layiq futbolçu yoxdur. Bununla da Sadıq Sadıqova mesaj göndərilsin ki, sənin qurduğun komanda budur, bir nəfər olsun yığmaya layiq futbolçu yoxdur.

 

Xoş gəldin, Gede dövrü

Bunları deməklə biz özümüzdən Amerika kəşf etmiş olmuruq. Kor-kor, gör-gör, hər şey ortadadır. Müşahidə Şurası təşkil olunandan fəaliyyətə başlayandan bu yana ancaq Sadıq Sadıqova qarşı aparılan mübarizə ilə diqqət çəkir. Diqqətlər komandaya yönəldilsəydi, “Neftçi" “Qəbələ"ni özündən irəli buraxıb 4- pilləyə düşməzdi. Güman ki, bu gedişləNeftçi" Yurgen Gedenin dönəmindəkiNeftçi" çevriləcək. Xalqa, “Neftçi"sevərlərə yox, bir qrup insanın şəxsi marağına xidmət edən bir komandaya.

 “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail