"Qarabağ" üçün 8 potensial rəqib

18.05.2015 | 3745 dəfə oxunub

Ölkəmizi növbəti mövsümdə Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın potensial rəqiblərindən 8-i müəyyənləşib. Stadium.Az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Ağdam klubu yenə səpələnmişlər səbətində olacaq.

Təmsilçimizdən başqa burada "Seltik" (Şotlandiya), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), HİK (Finladniya), "Molde" (Norveç), "Videoton" (Macarıstan) və həmçinin Kipr və Danimarka çempionları da yer alacaq. 

Bu isə o deməkdir ki, aktivində 11.500 reytinq xalı olan Qurban Qurbanovun komandası püşk zamanı nisbətən zəif komandalarla qarşılaşacaq. "Qarabağ"ın 8 potensial rəqibi isə artıq bəllidir:

"Dila" (Gürcüstan), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta).

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail