Qurbanovları ləkələməyək

18.05.2015 | 3142 dəfə oxunub

Əbədi problem, həlli olmayan cinayət – bütün dünya futbolu süni yaşazaltmadan əziyyət çəkir. Azərbaycan da bu bəlanın içindədi. Klublarımızda, hətta milli komandalarda o qədər “lipalar” var ki, hamısının saxtakarlıqla “gəncləşdiyini” bilirik, amma isbat etmək üçün əlimizdən heç nə gəlmir.

Azərbaycan futbolunda süni yaşazltmanın olduğu idarəçilərə də sirr deyil. Bəzən bunu Ramal Hüseynov kimi mətbuata etiraf edənlər də olur. Başında tük qalmayan, saçı ağaran, qarın buraxıb day-daya oxşayan futbolçuların rəsmi sənədlərdə 20-25 yaşında olduğunu görəndə adam dəhşətə gəlir. Təbii ki, bu futbolçuların heç birinin saçı cavan yaşda futbola görə nə ağarıb, nə də, tökülüb. Sadəcə, yaşlarını nə qədər sənəd üzərində kiçiltsələr də, bunu fizioloji quruluşlarında dəyişə bilmirlər.

Süni yaşazaltma əsasən, uşaq futbolunda daha geniş vüsət alıb. Ümumiyyətlə, gələcəkdə uşaqlarının guya kiçik yaşla böyük işlər bacardığını sübut etmək, rəqabətə davam gətirməsi üçün valideynlər bəzi işbaz uşaq məşqçiləri ilə bu yola əl atır. 27-28 yaşında bitən karyeraların da əsas səbəbi elə bununla bağlı olur.

Bu məsələyə toxunmağımız əbəs yerə deyil. Bir neçə gün öncə “Neftçi” və “Xəzər Lənkəran”ın U-13 komandaları arasında görüş keçirildi. Şübhələrə səbəb bakılı futbolçuların həmyaşıdlarına nisbətən daha yaşlı görünməsi idi. Futbolçuların arasında boy-buxununa görə daha çox nəzərəçarpanı, “ağ-qaralar”ın 9 nömrəli hücumçusu Musa Qurbanov idi. O Musa Qurbanov ki, atası Qurban Qurbanov hazırda “Qarabağ”ın baş məşqçisidi.

Qarşılaşmadan sonra sosial şəbəkələrdə fanatlar, hətta media nümayəndələri belə flaqman futbolçularının, əsasən də Musanı “lipa” olduğunu iddia edirdilər. Digərlərini deyə bilmərəm, amma futbolçu ailəsindən çıxan birinin “lipa” olacağı nədənsə mənə heç inandırıcı gəlmədi. Çünki Qurban bəy uzun illərdi futboldadı və bu uşaq dünyaya gələndə yəqin ki, futbol ictimayyətinin bir az yaşlı nəsli Qurban bəyin nə vaxt ata olmağından xəbəri var.

Həm də Qurban bəyin necə biri olduğunu nəzərə alsaq, onun belə saxtakarlığa qol qoyacağı heç də inandırıcı görünmür. Ancaq yenə də məsələni dəqiqləşdirmək üçün arxivə baş vurmalı oldum. Belə ki, 2003-cü ilin fevralında millimzin Serbiya və Çernoqoriya ilə matçları çoxlarının yadına gələr. Həmin qarşılaşmada komandamız 0:2 hesabı ilə geridə olsa da, sonradan Qurban Qurbanovun qolları ilə Podqoritsadan 1 xalla dönməyə nail olmuşduq.

Bu matçdan bir neçə gün sonra isə "Futbol+" qəzetinin ozamankı müxbiri Elman Himayətoğlu Qurban bəyin qonağı olmuş, ailə üzvlərindən və səbəkardan geniş müsahibə hazırlamışdı. Qəzetin 18-19 fevral buraxlışında dərc olunan müsahibədə balaca Musanın da şəkli vardı. Yazıda Musanın hələ 10 aylıq olduğu qeyd edilir. 2003-cü ilin fevralında 10 aylıq olan uşağın doğum tarixi təxminən 2002-ci ilin aprel ayına düşür.

Burdan da belə qənaətə gəlmək olar ki, Musa Qurbanov hazırda 13 yaş 1 aylıqdı. Təbii ki, gələcəkdə heç kim Musanın futbolçu olub-olmayacağını bilmirdi ki, onun yaşını lap körpə yaşındaca azaltsınlar. Hətta müxbirin “gələcəkdə oğlunuzun da futbolçu olmağını istəyərdinizmi” sualına Qurban bəy, “futbolumuz bu gündə olacaqsa, xeyr” cavabını verir.                 

Zənnimizcə, həmin müsahibə Qurban Qurbanovun oğlunun “lipa” olmamasına ən gözəl sübutdu. Düzdü, “Xəzər Lənkəran”a qarşı çıxış edən futbolçular arasında “lipalar”ın olması mümkündü. Xüsusilə Bakı klunda əvvəllər bu işlə “peçəkarlar” məşğul olub. Amma söhbət Musa Qurbanovdan gedirsə, o, 13 yaş 1 ayılıqdı. Qurban bəyi, onun övladını ləkələməyək, onların saxtakarlığa ehtiyacı yoxdu. Zatən Qurbanov oğlunu rəhbərlik etdiyi “Qarabağ”dan uzaq saxlamaqla böyük addım atıb. O, Ağdam klubunda özünə görə övladına ediləcək hörməti istəmədiyindən Musanın əsl futbolçu kimi yetişməsi üçün onun “Neftçi”də yetişməsini məsləhət bilib.

Futbolinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail