"İnter" Qurban Qurbanovun yubileyini korladı

23.05.2015 | 2991 dəfə oxunub

Premyer Liqanın XXXV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, mövsümdə son oyununu keçirən Ağdam təmsilçisinin çalışdırıcısı məşqçi kimi ölkə çempionatlarında 250-ci matçına çıxıb. 

Bu oyunadək çempion titulunu qazanan və qarşılaşmadan sonra mükafatlanan “Qarabağ”a qədər “Neftçi”nin də baş məşqçisi olan Qurbanov yubiley görüşündə 1:2 hesablı məğlubiyyətə üzülüb. 

Baş məşqçi kimi 9 il əvvəl “Neftçi”də debüt edən 43 yaşlı mütəxəssis paytaxt təmsilçisində 28, əyalət klubunda 222 matç keçirib. O, ölkə çempionatlarında baş məşqçi kimi ən çox oyun keçirən 6-cı mütəxəssisdir. 

Qeyd edək ki, Q.Qurbanov Qəhrəman Əliyev (381), Ağasəlim Mircavadov (343), Əsgər Abdullayev (305), Kazbek Tuayev (287) və Mehman Allahverdiyevdən (271) geri qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail