"Səhvimiz o oldu ki, hesabı açandan sonra ikinci qolu vurmağa cəhd etmədik"

10.09.2011 | 5089 dəfə oxunub

"Zədəli olduğuma görə Azərbaycan millisinə qarşı oyunda iştirak edə bilmədim. Ancaq oynamağı çox istəyirdim. Çünki Astanadakı matça da zədə ucbatından da çıxa bilməmişdim.

Oynamamağıma baxmayaraq komanda yoldaşlarımın yanında onlara dəstək idim. Düzünü desəm millimiz hesabı açandan sonra oyundan qalib ayrılacağını düşünürdüm. Çünki Azərbaycan millisi Belçika ilə çətin görüşdən çıxmışdı. Özündə qüvvə tapıb hesabı öz xeyirlərinə dəyişəcəyinə inanmadım.

Biizim səhvimiz o oldu ki, hesabı açandan sonra ikinci qolu vurmağa cəhd etmədik. Gərək hesabı açmaq üçün necə qüvvə sərf etmişdiksə, ikinci qol üçün də o qədər çalışmalıydıq. Ancaq heyf ki, ikinci hissədən sonra oyunun axarı tamamilə dəyişdi".

Bu sözləri Qazaxıstan millisinin əsas kapitanı Andrey Karpoviç deyib.

Karpoviç millimizdən bu cür oyun gözləmədiyini söylədi: "Azərbaycan millisinin Belçika ilə keçirdiyi oyunun videoyazısına baxmışdım. Düzdür bir xal qazanmışdı, amma elə bir oyun göstərməmişdilər. Lakin bizimlə matçda əməlli-başlı baxımlı futbol sərgilədilər. Düzünü desəm, Azərbaycandan bu cür oyun gözləmirdim. Qarşıda bizi Belçika və Avstriya ilə çətin matçlar gözləyir. Qrupda sonuncu pillədə olmamaq üçün mübarizəmizi aparacağıq"

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail