Problem həll olundu, "Simurq" Lənkərana yollandı

28.05.2015 | 4883 dəfə oxunub

Zaqatalanın "Simurq" klubunun Azərbaycan Premyer Liqasının 36-cı turunda "Xəzər Lənkəran"la keçirəcəyi səfər matçı baş tutacaq. Stadium.Az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Vaqif Əliyev "report"a açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, komanda üzvləri bu gün saat 12:00-da Lənkərana yola düşəcəklər. V.Əliyev futbolçuların şəxsi vəsaiti hesabına deyil, rəhbərliyin dəstəyi ilə səfərə çıxacaqlarını bildirib. O, komandanın əsas və əvəzedici heyət üzvlərindən ibarət olacağını açıqlayıb. "Simurq" rəsmisi əvəzedicilərdən ibarət komandanın dünənki qarşılaşmaya yollanmamasını isə maliyyə problemi ilə yanaşı, oyunun klub üçün turnir baxımından heç bir əhəmiyyət kəsb etməməsi ilə əlaqələndirib: "Bizim "İnter"lə oyunlarımızda üstünlük rəqibin tərəfində idi. Eləcə də ikinci yeri təmin etmişdik. Yəni "Xəzər Lənkəran"la qarşılaşmanın nəticəsi mövqeyimizə heç bir təsir etməyəcəkdi. Amma oyuna getməməyimiz sırf bu səbəbdən deyildi, maliyyə problemləri ilə bağlı idi".

"Xəzər Lənkəran" - "Simurq" qarşılaşması bu gün saat 21:00-da başlayacaq. Matçın ardından "Simurq" Lənkəranı tərk edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail