Qriqorçuk: "Futbolçuları nadir hallarda tərifləsəm də..."

29.05.2015 | 3188 dəfə oxunub

"Bu, “Qəbələ”də çalışan bütün insanların qələbəsidir. Mən onların hamısına təşəkkür edirəm. Futbolçuları nadir hallarda tərifləsəm də, bu gün onların ünvanına xoş sözlər deyəcəyəm. Oyunçular ciddi iş gördülər".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı mütəxəssis komandasının mövsüm ərzindəki çıxışını dəyərləndirib:

"Mövsümün ikinci yarısının əvvəlində turnir cədvəlində “Neftçi”dən nə qədər geri qaldığımızı nəzərə alıb, futbolçulara görülən bu işə görə böyük təşəkkür edirəm. Oyunun təhlili bir az ikinci plandadır. Çünki bu matçda bizə nəticə vacib idi. Belə qarşılaşmalarda lazım olan nəticəni əldə etməyin çətinliyini də başa düşürdük. Hər şeyin öz əlində olduğunu, medalların bir matçdan asılılığını biləndə stress də olur. Belə vəziyyətdə öz oyununu göstərib vacib nəticə qazanmaq asan olmur. Bu gün komanda bu işin öhdəsindən gəldi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail