Ramin Musayev: "Turan"ın avtobusu xarab olub" - ÖZƏL

10.09.2011 | 6589 dəfə oxunub

"Turan"ın maliyyə problemləri olduğunu, bu səbəbdən komandanın sabah "Qəbələ" ilə səfər oyununa çıxmayacağı haqda şayiələr dolaşdığını xəbər vermişdik. Məsələyə aydınlıq gətirmək üçün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə zəng etdik. Ramin bəy Stadium.az saytına verdiyi açıqlamada deyilənlərin həqiqətəuyğun olmadığını bildirdi: "Turan"ın çempionatda iştirakdan imtina etməsi haqqında gəzən xəbərlər uydurmadır. "Turan" sabah "Qəbələ" ilə oyuna çıxacaq. Sadəcə, Tovuz və Qəbələ yaxın olduğundan, onlar Qəbələyə sabah yola düşməyi məqsədəuyğun hesab ediblər."

Ramin Musayev əvəzedicilərin oyununun baş tutmamasına da aydınlıq gətirdi: "Turan"ın əvəzedici komandasını Qəbələyə aparan avtobus yolda xarab olub. Bu səbəbdən onlar bizə müraciət edərək oyunun vaxtının dəyişdirilməsini istədilər. Biz də bunu nəzərə alıb oyunun vaxtını sabah saat 12:00-a təyin etdik".

"Turan"ın prezidenti Musa Süleymanovun AFFA-dan 500 min manat maddi yardım istədiyi, bu yardım edilməyəcəyi təqdirdə komandasına meydana çıxmamağı tapşıracağı haqda söz-söhbətə PFL prezidenti belə münasibət bildirib: "Turan"dan bizə belə müraciət olunmayıb. Bunlar hamısı mətbuatın uydurmalarıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail