"Əlimizdə ehtiyyat qüvvə yox idi"

04.06.2015 | 3123 dəfə oxunub

"Gözəl, bayram əhval-ruhiyyəli matç keçdi. Təbii ki, qələbə qazanmaq istədik, ancaq alınmadı. Bir daha şahidi olduq ki, iki cəbhədə mübarizə aparmaq üçün komanda güclü heyətə malik olmalıdır". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. O, Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları oyunu şərh edib:

"Məğlubiyyətin obyektiv və subyektiv səbəbləri var. Heyətlə bağlı problemlərimiz oldu. Bəzi oyunçularımız meydana zədəli çıxmışdı. Komandam əlindən gələni etdi. Amma əlimizdə ehtiyyat qüvvə yox idi. 

Əsədov komandanın güclənməyə ehtiyacı olduğunu da vurğulayıb: "Simurq" və "Xəzər Lənkaran"la oyuna kimi hər şey qaydasında gedirdi. Lakin həmin oyunlardan sonra zədəlilərin və qırmızı vərəqə alanların sayı artdı və çətinliklərimiz oldu. Komandamız mütləq güclənməlidir. Əsasən də müdafiədə yeni futbolçulara ehtiyacımız var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail