Qurban Qurbanov: "Hesab 2:1 olanda narahatçılıq yarandı"

04.06.2015 | 5208 dəfə oxunub

"Uğurlu oyun alındı. Çox istəyirdik ki, ölkə çempionluğu ilə yanaşı, kubokun da qalibi olaq. Oyun ərzində müəyyən problemlər yaşaya biləcəyimizi söyləmişdim. Hesab 2:1 olanda istər-istəməz narahatçılıq yarandı".

Stadium.Az
xəbər verir ki, bu fikirlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdu. Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gəldikləri matçdan (3:1) sonra keçirilən mətbuat konfransında danışan mütəxəssis qələbəyə layiq olduqlarını bildirib: 

"Cərimə zərbələri zamanı rəqib qapımız önündə təhlükə yaradırdı. Amma 3-cü qoldan sonra komanda daha rahat oynamağa başladı. Ağır bir mövsüm keçirdik. Futbolçularım bu qələbəyə layiq idi. Onlar tələb olunan oyunu sərgilədilər. Hər birinə təşəkkür edirəm, uğurlar arzulayıram. Peşəkar Futbol Liqasına da belə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail