Norveç millisinin baş məşqçisi: "Azərbaycanla oyunda yeganə hədəfimiz..."

05.06.2015 | 3067 dəfə oxunub

"Zədəli futbolçumuzun olmaması çox yaxşıdır. Bu, məni doğrudan da çox sevindirir. Hər iki oyunu doğma meydanda keçirəcəyimiz də sevindirici məqamlardandır".

Stadium.Az xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib. Təcrübəli mütəxəssis iyunun 7-də İsveçə qarşı keçirəcəkləri yoxlama oyunu, eləcə də ayın 12-də millimizlə AÇ-2016-nın seçmə mərhələ matçı öncəsi fikirlərini açıqlayıb:

"İsveç səviyyəsinə görə yaxşı komandadır. Heyətində Zlatan İbrahimoviç kimi dünyanın ən yaxşı futbolçularından biri var. Amma biz bu komanda ilə oyuna Azərbaycanla görüşə hazırlıq gözü ilə baxmalıyıq. Hansı ki, bu oyunda mütləq qələbə qazanmalıyıq".

Hoqmo millimizlə oyunda əsas hədəflərinin qələbə qazanmaq olduğunu söyləyib: "Hazırda seçmə mərhələdə xal ehtiyatımızı yaxşılaşdırmaq üçün yaxşı şans var. Ona görə də Azərbaycanla oyunda yeganə hədəfimiz 3 xal qazanmaqdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail