Jurnalistlərə hörmətsizlik, yoxsa...?

05.06.2015 | 3254 dəfə oxunub


Ötən ay müstəqil Azərbaycan futbolu tarixində bir ilkə imza atıldı. Vladiqafqazda veteran futbolçumuz, bir neçə ay əvvəl 50 illik yubileyini qeyd etmiş Nazim Süleymanovun şərəfinə bir vaxtlar onun formasını geyindiyi, heyətində Rusiya çempionatının qızıl gümüş medallarını qazandığıAlaniya" iləNeftçi"nin veteranları arasında görüş keçirildi. Tədbir osetiyalılar tərəfindən təşkil olunmuşdu. Yalnız bəzi məsələləri, o cümlədən yol xərci, qonaqların gedib-gəlməsi üçün nəqliyyat vasitəsini çıxmaq şərtilə. SəfərəNeftçi"nin veteranları ilə yanaşı mətbuat nümayəndələrinin aparılacağı da gözlənilirdi. Hətta ilkin siyahı hazır idi. Lakin sonradan nədənsə həmin siyahı ləğv edildi. Deyilənlərə görə, media nümayəndələrinin aparılmamasının təşəbbüskarı AFFA-nın baş katibi Elxan Məmmədov olub. Görəsən, yığmanın Norveç səfərinə xərc çəkib jurnalist aparan AFFA hansı səbəbdən qələm əhlini Bakıdan 700 km məsafədə yerləşən cüzi vəsait tələb edən Vladiqafqaza getməyə qoymadı? Özü bir halda ki, sərhəddən o yanakı xərclər osetiyalıların, ən uzağı səbəbkarın üzərinə düşəcəkdi, ayrılan avtobus xeyli sərnişin tutumuna malik idi s. Avtobus demişkən, AFFA-nın ayırdığı həmin nəqliyyat vasitəsi Nazim Süleymanovun şəkillərini əks etdirən nəfis tərtibatda bəzədilmişdi. Sonradan məlum oldu ki, tərtibatı AFFA yox, Nazim müəllimin dostu yubilyara hədiyyə edib. Jurnalistlərinofsayd"a salınması ilə bağlı məsələ haqda bir qədər sonra. Bizlərə embarqo qoyulsa da, öz hesabına Vladiqafqaza gedənlər tapıldı. Həmkarlarımızdan Natiq Muxtarlı, Amal Abuşov, İlkin Xəlilov Əli Sahib Vladiqafqazdakı tədbirdə iştirak etdilər idman mətbuatında geniş yazıları dərc olundu. Onların hesabına oxucular həmkarları tədbirlə bağlı geniş məlumat ala bildilər.

Jurnalistlərin Vladiqafqaza aparılmaması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Mikayıl müəllim tədbirə jurnalistərin göndərilməməsi ilə bağlı məlumatının olmadığını bildirməklə yanaşı bunun Elxan Məmmədovun göstərişi ilə edildiyinə inanmadığını söylədi. Norveçə gedəcək jurnalistlərlə bağlı isə qurum sözçüsü növbəlilik prinsipini ilə yanaşı AFFA-nın prinsipini nəzərə aldıqlarını dedi. “AFFA-nın prinsipləri hansıdır" sualına isə Mikayıl müəllim konkret cavab bildirmədi. Lakin yığmanın növbəti səfərlərində növbəlilik prinsiplərini üstün tutacaqlarını söylədi. Mövzudan uzaq düşməyək, jurnalistlərin Vladiqafqaza aparılmaması ilə bağlı Mikayıl müəllim Veteranlar İttifaqının sədri Oqtay Abdullayevə müraciət etməyimizi məsləhət gördü. Oqtay müəllim isə öz növbəsində səbəb kimi yer azlığını göstərdi: “Ora cəmi 12-13 veteran futbolçu getmişdi. Əsas xərclərAlaniya"nın üzərinə düşdüyündən bizdən mümkün qədər az qonağın aparılmasını xahiş etmişdilər. Tədbirə jurnalistlərin getməsini biz istəyirdik. Hətta Elxan Məmmədovla söhbətimizdə baş katib media nümayəndələrinin Vladiqafqaza aparılmasının tərəfdarı olduğunu bildirmişdi. Təəssüf ki, bizə ayrılan yerin məhdud olması buna imkan vermədi".

İmkan düşmüşkən, Oqtay müəllimdən Vladiqafqazdakı tədbir bundan bir qədər əvvəl Odessada mərhum Əhməd Ələsgərovun xristian adət-ənənələri ilə dəfn olunamasına da münasibətini öyrəndik: “Nazim Süleymanovu Vladiqafqazda həqiqətən sevirlər. Əla tədbir oldu. Vladiqafqaz kasıb şəhərdir. Amma insanları çox istiqanlıdırlar. Hər yerdə hörmətlə qarşıladılar. Bir sözlə, narazı qaldığımız məqam olmadı. Əhməd müəllimin dəfninə gəlincə, biz Ukraynadakı Azərbaycan diasporu mərhumun müsəlman adət-ənənələri ilə dəfn olunmasının tərəfdarı idik. Doğrudur, molla çağırıldı, ruhuna fatihə oxundu, bir müsəlmanın dəfni üçün lazım olan bəzi işlər görüldü. Amma sonda xristian adət-ənənələri - üzüaçıq, tabutda musiqi ilə son mənzilə yola salındı. Bu formada dəfn olunmasını onun ailə üzvləri istəmişdilər təəsüf ki, onların istəyinə qarşı çıxa bilməzdik".

Het-trik news” qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail