Qurban Qurbanov məğlubiyyət barədə nə dedi?

19.01.2011 | 13852 dəfə oxunub

«Qarabağ»ın Antalyada keçirdiyi təlim-məşq toplanışında ilk yoxlama oyununu dünən keçirdi. Qazaxıstanın «Jetisu» klubununa 2:3 hesabıyla məğlub olduğumuz oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına oyun haqqında fikirlərini bildirib: «Məlum olduğu kimi cəmi 8 gündür hazırlıqlara başlamışıq. Adətən belə oyunlar keçirməyin faydası olur. 2 hissədə fərqli komanda meydana buraxdıq. Çalışdıq ki, hamının durumuna nəzər yetirək. Əlbəttə ki, yoxlama oyunlarında nəticədən daha çox komandanın ümumi oyunu, bir-biriylə anlaşma və s. kimi komponentlər vacibdir. Hazırda sağlam olan bütün futbolçulara şans verdik. İlqar Qurbanov məşqlərə yeni başlayıb. Buna görə də onu çox yükləmək istəmədik. Əfran isə dünəndən komandayla çalışır. Maksimin isə sol ayaq əzələsində bir qədər problem var. Rəşad Kərimov da hələ bir həftə sonra komandayla çalışmalara başlayacaq. Zaur Həşimov və Namiq Yusifov isə xəstəlikləri səbəbindən bugünkü oyunda iştirak edə bilmədilər. Hələ hazırlıq üçün yetərincə vaxtımız var. Daha çox çalışmalı və çempionata qədər hazır vəziyyətə gəlməliyik».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail