"Qəbələ"yə gəldiyimə görə çox şadam"

12.06.2015 | 4053 dəfə oxunub

"Qəbələ"yə gəldiyimə görə çox şadam. İnanıram ki, yeni komandamda inkişaf edəcək və onun hədəflərinə çatmasında yardımçı olacağam. "Qəbələ" gələcək üçün böyük planları olan, yaxşı təşkilatlanmış komandadır. Mən də bir futbolçu kimi yerimdə saymağı xoşlamıram. Birlikdə uğurlar qazanacağımıza inamım böyükdür".

Stadium.az xəbər evrir ki, bu sözləri "Qəbələ"nin yeni futbolçusu Vitali Vernidub klubun saytına  deyib.

 Ukraynalı müdafiəçi "qırmızı-qaralar"ı seçməsində baş məşqçi Roman Qriqorçukun böyük rol oynadığını bildirib. Vernidub qarşıda "Qəbələ"ni gözləyən Avroliqa sınağı barədə fikirlərini də bildirib:

"Qəbələnin kiçik, amma çox gözəl şəhər olduğunu bilirəm. Orda hər cür şəraitə malik bazanın yaradıldığından xəbərdaram. "Qəbələ"ni seçməkdə baş məşqçi Roman Qriqorçukun böyük rolu oldu. Daha öncə Zaparojye "Metallurq"unda yollarımız kəsişmişdi. Bir müddət onun rəhbərliyi altında çıxış etmişəm və onun bir məşqçi kimi gücünə bələdəm. Komandada ukraynalı futbolçuların da olması komandaya tez uyğunlaşmağıma yardımçı olacaq".

Vernidub deyib ki, qarşıda  onları Avropa Liqası sınağı gözləyir:

"Əgər söhbət Avropa miqyaslı turnirdən gedirsə, deməli oyunlar çox məsuliyyətli və çətin olacaq. Bunu kollektiv olaraq yaxşı başa düşürük. Gücümüzü bir yerə qoyub səylə məşq edirik ki, sözügedən turnirdə mümkün qədər irəli gedək. Azarkeşlərimizin də bu yolda bizə dəstək olacağına inanıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail