"Qəbələ" ilk oyunda qalib gəldi

16.06.2015 | 3102 dəfə oxunub

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununu keçirib. Stadium.az xəbər verir ki, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən “qırmızı-qaralar” bu gün Ərzurumun U-21 komandası ilə qarşılaşıb. 

Komandanın baş məşqçisi Roman Qriqorçuk milli komanda üzvlərinin iştirak etmədiyi matçda yeni transferlərə və əvəzedici heyətin üzvlərinə də şans verib.

“Qəbələ” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Yusif Nəbiyev, Qismət Alıyev, Aleksey Qay, Samr Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Roman Hüseynov.

Son mövsümün bürünc mükafatçısı qarşılaşmaya erkən qolla başlayıb. Matçın 3-cü dəqiqəsində Qay fərqlənib. Meydan sahibləri 38-ci dəqiqədə Hasan Kadakın penalti zərbəsi ilə hesabda tarazlıq yaradıb.

Matçboyu hər 3 qapıçıya oyun praktikası qazanmaq imkanı yaradan Roman Qriqorçuk əvvəlcə Dmitri Bezotosnını Anar Nəzirovla əvəzləyib, 2-ci hissədə isə sonuncunun əvəzinə Andrey Popoviçi meydana buraxıb. 

Oyunun ilk yarısında olduğu kimi ikinci hissədə də fəallıq nümayiş etdirən “qırmızı-qaralar” istəyinə 55-ci dəqiqədə çatıb. Bu dəfə rəqib komanda cəzalandırılıb və ukraynalı yarımmüdafiəçi Qay penalti zərbəsini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib. Bu qoldan sonra təmsilçimiz fərqi artırmağa çalışsa da, meydan sahiblərinin qapısına yol tapa bilməyib.

Beləliklə, “Qəbələ” 2015/16 mövsümünün hazırlığı çərçivəsində ilk oyununda 2:1 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail