Əfran İsmayılov: "Burada gizlətməli heç nə yoxdur"

13.09.2011 | 6124 dəfə oxunub

Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi

- Komandanız çempionatın debütantı “Sumqayıt Şəhər”lə matçda 2 xal itirdi. 90 dəqiqə oynadığınız görüşlə bağlı nə deyə bilərsiniz? 
- Biz yaxşı futbol ənənələri olan bir şəhərə səfər etmişdik. Fikrimcə, Sumqayıtda yaxşı komanda formalaşıb. Əsasını gənclər təşkil edən kollektiv sonadək mübarizə aparmağı xoşlayır və bunun öhdəsindən gəlir. Biz bu qarşılaşmaya yarımçıq hazırlaşmışdıq. Milli komandanın oyunundan dərhal sonra bu görüşə çıxmışdıq. Əlbəttə ki, qələbəyə oynayırdıq. Amma səfərdən bir xalla qayıtmaqla kifayətləndik. 

- “Qarabağ”ın qol vurmaq üçün çox sayda imkanı var idi. Sizcə, bu şanslardan yararlanmağa nə mane oldu? 
- Fikrimcə, bunlar futbolda normal hal kimi qəbul olunmalıdır. Çünki hər bir nəticənin olması mümkündür. Futbolçular da özlərini buna hazırlamalıdırlar. Şanslardan yararlana bilmədik. Əlbəttə ki, təəssüf doğuran məqamdır. Lakin çempionat təzə başlayıb. İnanıram ki, qarşıdakı oyunlarda hər şey qaydasına düşəcək. 

- Futbolçuların milli komandadan, Qurban Qurbanovun isə oyun günü Almaniyadan qayıtması nəticəyə nə dərəcədə təsir etdi? 
- Millidən qayıtdıqdan sonra normal istirahət edə bilmədik. Futbolçunun öz oyununu nümayiş etdirməsi üçün istirahətə ehtiyacı var. Qurban müəllimin də Almaniyadan oyun günü qayıtmasının təsiri oldu. Fikrimcə, kiçik problemlər sonda böyüdü və Sumqayıtda 2 xal itirməyimizə gətirib-çıxardı. 

- “Sumqayıt Şəhər”ə qarşı görüşdə faydalı iş əmsalınız aşağı oldu. Ümumiyyətlə, zəif təsir bağışlamağınıza səbəb nədir? 
- Futbolçu daim eyni səviyyədə çıxış edə bilməz. Özümü hələ də bir qədər yorğun hiss edirəm. Bəzən beyin yorğun olanda, oyuna tam köklənmək çətinləşir. İnşallah, qarşıdakı oyunlarda hər şey yaxşı olacaq. Mənə milli komandanın düşərgəsindən qayıtdıqdan sonra “Qarabağ”a uyğunlaşmağa və zədədən sonra formamı tam bərpa etməyə vaxt lazımdır. Bəli, bir müddət yorğun idim. Bütünlüklə futbola bağlanmaqda çətinlik çəkirdim. Yavaş-yavaş bu problemlər aradan qalxır.

- Son zamanlar əvvəlki dəqiq ötürmələrinizin şahidi olmuruq. Bəlkə, sizdə artıq özünəqapanma əmələ gəlib? 
- Burada gizlətməli heç nə yoxdur. Əgər özümə qapansam, bunu tez bir zamanda hiss edərəm və bunu söyləməkdən çəkinmərəm. Əgər doğurdan da belə olsam, bunu açıq-aşkar deyərəm. Amma özümdə heç bir dəyişiklik hiss etmirəm. Sadəcə, yığmadan təzə qayıtdığım üçün belə təsəvvür formalaşıb. Biz milli komandada müdafiədən oynayırıq. Topu geridən qəbul etdiyim üçün daha çox özümdə saxlamaq və əlverişli mövqedə olan komanda yoldaşıma ötürməliyəm. Amma “Qarabağ”da özümdə bu qədər top saxlamağa ehtiyac qalmır.

- “Qarabağ”ın doğma meydanda “Qəbələ”yə uduzması, ardından səfərdə “Sumqayıt Şəhər”lə xalları yarı bölməsi problemlərin olmasına işarədirmi? 
- Bizdə hansısa ciddi bir problem yoxdur. Hər şey öz qaydasındadır. Bir komanda hər zaman qələbəyə oynaya bilməz. Bilirik ki, azarkeşlərimiz bizdən hər zaman qələbə gözləyirlər. Onların ümidlərini doğrultmaq üçün əlimizdən gələni edəcəyik. 

- Komandanız növbəti turda Premyer Liqanın lideri “Xəzər Lənkəran”ı qəbul edəcək. Hələ də məğlub olmayan komandaya qarşı nə kimi xüsusi planlarınız var? 
- “Xəzər Lənkəran” çox güclüdür. Biz rəqibə hörmət etsək də, ondan çəkinmirik. Amma qarşılaşmanın indidən çox ağır keçəcəyini söyləyə bilərik. Odur ki, oyuna çox ciddi yanaşırıq və səylə hazırlaşırıq. Başa düşürük ki, əgər bu oyunda da uduzsaq və ya xal itirsək liderdən bir xeyli uzaq düşəcəyik. Bu isə “Qarabağ”ın planları ilə tərs-mütənasiblik təşkil edir. Oyuna yalnız və yalnız qələbə qazanmaq əzmi ilə çıxacağıq və başqa nəticə barədə düşünmək belə istəmirik. 

- “Qarabağ” ev oyunlarını qeyri-müəyyən müddətə Quzanlıda keçirməyəcək. Bu, komandaya müsbət, yoxsa mənfi yöndə təsir edəcək? 
- Quzanlı stadionunun təmirə bağlanması yaxşı haldır. Fikrimcə, buranın təmirə ehtiyacı var. Suraxanıya qayıtmaq azarkeşlərimizin azalmasına səbəb olacaq. Bura məcburiyyətdən qayıtmışıq. İnşallah, təmir işləri yekunlaşdıqdan sonra biz yenə cəbhə bölgəsində yaşayan azarkeşlərimizə futbol həyəcanı yaşadacağıq.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail