"Qəbələ"dən daha bir transfer

22.06.2015 | 4160 dəfə oxunub

2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda serbiyalı futbolçu Vojislav Stankoviçlə icarə əsasında 1,5 illik müqavilə imzalayıb. 

2014/2015 mövsümünün ikinci yarısında Azərbaycanda çıxış edən 28 yaşlı müdafiəçi Bakı “İnter”inə məxsusdur. Azərbaycan Premyer Liqasında 12 matçda 1 qol vuran Stankoviç “İnter”in heyətində ümumilikdə 16 oyuna çıxıb.

Ölkəmizə gələnədək 5 il Serbiyanın “Partizan” klubunda çıxış edən Vojislav 2010-2015-ci illərdə Belqrad təmsilçisinin şərəfini qoruyub. Müdafiəçi karyerası ərzində “Dinamo” (Vranye, 2006-2008) və OFK (2009) klublarında da çıxış edib. 2010-cu ildə Serbiya millisinə çağırılan arxa xətt oyunçusu yığmada 1 oyun keçirib.

Qeyd edək ki, "Qəbələ" bunadək Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov və Aleksey Antonovu transfer edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail