""Qarabağ"ı keçə bilərik"

23.06.2015 | 4370 dəfə oxunub

"Azərbaycanla məsafənin uzaqlığını nəzərə alsaq, "Qarabağ"la qarşılaşdığımız üçün sevindiyimizi söyləyə bilmərəm. Bununla belə, rəqibimiz səviyyəli komandadır".

Stadium.az xəbər verir ki, bu sözləri "Rudar"ın məşqçisi Vuko Boqavaç Monteneqro mətbuatına açıqlamasında deyib.

Baş məşqçi Mirko Mariçin köməkçisi olan Boqavaç "Qarabağ"ın cütün favoriti olduğunu bildirib: "İstənilən halda "Qarabağ" cütün favoritidir. Onlar ötən mövsüm Avropa Liqasının qrup mərhələsində nəyə qadir olduqlarını nümayiş etdiriblər. Qarşıdakı 20 gündə "Qarabağ"la oyunlara yaxşı hazırlaşacağıq və onlara layiqli müqavimət göstərməyə çalışacağıq. Cavab qarşılaşmasını evdə keçirməyimiz bizim üçün kiçik üstünlük olacaq. Əgər sonadək oynasaq və bəxt də bizim tərəfimizdə olsa, "Qarabağ" səddini keçə bilərik".

Qeyd edək ki, "Rudar" və "Qarabağ" arasında ilk oyun iyulun 15-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Monteneqroda keçiriləcək



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail