Teymur Məmmədov çempion oldu

26.06.2015 | 3315 dəfə oxunub

Ötən gün “Bakı-2015” I Avropa Oyunlarında boks yarışlarının yarımfinal mərhələsi keçirilib. Stadium.az xəbər verir ki, Kristal Zal 2-də keçiriləcək yarışlarda Azərbaycanın  dörd boksçusu medal uğrunda mübarizə aparıb.

25 iyun, Qadınlar

Yarımfinal

54 kq

Boksçumuz Anna Əlimərdanova qadınlar arasında yarımfinal mərhələsində rusiyalı Yelena Savelyeva ilə üz-üzə gəlib. Rəqibinə 0:3 (36:40, 37:39, 36:40) hesabı ilə uduzan Əlimərdanova finala yüksələ bilməyib. Nəticədə boksçumuz yarışı bürünc medalla başa vurub. 


Kişilər

52 kq

Bu çəki dərəcsində mübarizə aparan Elvin Məmişzadə finala çıxmaq uğrunda almaniyalı Hamza Touba ilə döyüşüb. Hər üç raundda rəqibindən üstün olan 3:0 (29:28, 29:28, 29:28) boksçumuz finala yüksəlib. O, qızıl medal uğrunda döyüşdə italiyalı Vinçenzo Pikardi ilə üz-üzə gələcək. Onun rinqə sabah, saat 18:45-də çıxacağı gözlənilir. 

64 kq

Azərbaycan idmançısı Kollazo Sotomayor yarımfinal mərhələsində ukraynalı rəqibi Viktor Petrovla üz-üzə gəlib. Rəqibinə 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn təmsilçimiz finala adını yazdırıb. O, həlledici görüşdə İtaliya boksçusu Vinçenzo Manqiakapre ilə münasibətlərinə aydınlıq gətirəcək. Döyüşün sabah, saat 19:15-də başlayacağı gözlənilir. 

+91 kq

Yığmamızın medal ümidlərindən olan Məhəmmədrəsul Məcidov yarımfinal matçına çıxa bilməyib. Həkimlər 1/4 finalda türkiyəli boksçu Əli Dəmirəzənlə görüşdə ciddi zədə alan Məcidovun yarımfinal matçına çıxmasına icazə verməyib. Bununla da "Bakı-2015"də çıxışını yekunlaşdıran idmançımız yarışı bürünc medalla başa vurub. 

Final 

81 kq 

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandıra bilər. O, həlledici görüşdə italiyalı Valentino Manfredoniaya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycanın "Bakı-2015" Birinci Avropa Oyunlarındakı 15-ci qızılı olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail