"Kəpəz" "Turan Tovuz"a qalib gəldi

27.06.2015 | 2611 dəfə oxunub

Seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində “Kəpəz” ötən gün ikinci yoxlama oyununu keçirib.  Stadium.az xəbər verir ki, komanda Gəncə şəhər stadionunda “Turan Tovuz”u qəbul edib. 

Bir gün öncə Qəbələnin həvəskarlardan ibarət komandası ilə keçirilən görüşdə olduğu kimi məşqçilər korpusu Tovuz təmsilçisinə qarşı oyunda da heyətdə olan futbolçuları sınaqdan keçirib.

Matçda hesab 14-cü dəqiqədə açılıb. Gəncə təmsilçisindən hücumçu Ziyabil Məmmədov fərqlənib. İlk yarımsaatın tamamında qonaqlar 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazansalar da, “sarı-göylər”in qolkiperi zərbəni dəf edib. Amma 37-ci dəqiqədə Tovuz klubu qol vurmaq istəyinə çataraq hesabı bərabərləşdirib - 1:1.

“Kəpəz” ikinci hissəyə də qolla başlayıb. 55-ci dəqiqədə Rəhman Allahverdiyevin cinah keçidini 18 yaşlı Əli Səmədov məhsuldar zərbə ilə tamamlayıb. Bundan sonra oyunda nəticə dəyişməyib və qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail