"Qəbələ" Gürcüstana getdi

30.06.2015 | 6086 dəfə oxunub

UEFA Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Qəbələ” bu gün Gürcüstana yollanıb.  

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 2-də Tiflisin “Dinamo” klubu ilə ilk matçına çıxacaq “qırmızı-qaralar” oyundan iki gün əvvəl qonşu ölkəyə gedib. 

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda səhər məşqindən sonra səfərə çıxıb. 2015/2016 mövsümünün hazırlıq məqsədilə iyunun 10-19-da Türkiyənin Ərzurum şəhərində, 20-30-da Qəbələdə toplanış keçən komandamız UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyun öncəsi son məşqini Tiflisdə keçirəcək. 

“Qəbələ” I təsnifat mərhələsində iştirak etmək üçün 27 futbolçunu sifariş vərəqinə daxil edib. Komanda Gürcüstana da bu heyətlə yollanıb:

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 30. Anar Nəzirov, 36. Süleyman Süleymanov

Müdafiəçilər: 3. Vojislav Stankoviç, 7. Ruslan Əmircanov, 8.Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 16. Emin Zamanov, 17. Qismət Alıyev, 19. Aleksey Qay, 66. Samir Zərgərov, 67. Sahil Mirzəyev 

Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov, 97. Roman Hüseynov

Bu, "Qəbələ"nin mövsümdə ilk rəsmi matçı olacaq. Avrokuboklarda ötən il debüt edən “Qəbələ” qitəmiqyaslı turnirdəki 2-ci cəhdində mərhələ adlamağa çalışacaq. Bunun üçün isə komanda bir həftə sonra Qəbələdə baş tutacaq matç öncəsi səfərdə sərfəli nəticə qazanmalıdır.

Tiflisdəki matç əfsanəvi Boris Payçadzenin adını daşıyan “Dinamo Arena”da baş tutacaq. Görüşü israilli hakimlər idarə edəcək.

İlk oyun,  iyul

21:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” 

Baş hakim: Roi Reynşreyber (İsrail)

Baş hakimin köməkçiləri: David Elias Biton, İdan Yarkoni (hər ikisi İsrail)

Tiflis. Boris Payçadze adına “Dinamo Arena” stadionu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail