""İnter" səddini keçmək üçün əlimdən gələni edəcəm"

30.06.2015 | 3914 dəfə oxunub

"Laçi" klubunun baş məşqçisi Armando Kunqu "İnter"lə oyun öncəsi Albaniya mətbuatına açıqlama verib.

Stadium.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "İnter"lə oyuna toxunan təcrübəli mütəxəssis ilk görüşün önəmli olduğunu bildirib: 

"Kukesi" ilə avrokuboklarda mərhələ keçdim. Ancaq bu, "Laçi"də eyni uğuru təkrarlaya biləcəyim anlamına gəlməməlidir. "İnter" səddini keçmək üçün əlimdən gələni edəcəm. Komandalar arasında ciddi fərq görmürəm. Azarkeş dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb edir. Hər bir azarkeş komandasının mərhələ adlamasını istəyir.

Bunun üçün biz də oyuna ciddi yanaşmalı və bütün gücümüzü ortaya qoymalıyıq. Futbolçulara 90 dəqiqə ərzində ehtiyatlı oynamağı tapşırmışam. Komandamın məqsədinə nail olması üçün ilk oyunun nəticəsi çox önəmlidir. Lakin cütün taleyi iki oyunda həll olunur. Bu səbəbdən hər iki matça ciddi hazırlaşmalı və diqqətli oynamalıyıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail