Roman Qriqorçuk: "Klub rəhbərliyi gözəl futbol tələb edir"

01.07.2015 | 5690 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo" (Tiflis) ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Dinamonun baş məşqçisi hər iki matçda qələbə qazanmaq istədiklərini deyib. Bu barədə nə deyə bilərsiniz?

-  Rəqib baş məşqçiyə cavab vermək istəməzdim. Çünki ona hörmətlə yanaşıram. “Dinamo” yaxşı oyun sərgiləyir. Baş məşqçiləri isə savadlı mütəxəsisdir. Mən yalnız öz məqsədimiz haqqında danışmaq istərdim. İndiki halda yalnız sabahkı oyunu düşünürəm.

- İndiki “Dinamo haqqında hansı məlumatınız var?

- “Dinamo” haqqında məlumatımız var. Bilirəm ki, bir neçə futbolçu komandanı tərk edib.“Dinamo”nun heyətindən xoşum gəlir. Deyə bilərəm ki, sabahkı oyundan azarkeşlər zövq alacaqlar.

-  Az müddətdir ki, "Qəbələ"nin baş məşqçisisiniz. Bu, komandanın oyununa təsir göstərməyəcək?

- “Qəbələ”də yeni deyiləm. Komanda ilə artıq tanışam. Geridə qalan müddətdə müəyyən uğur da əldə etmişik. Lakin hazırlıq üçün çox vaxtımız olmadı. Sabah meydana elə futbolçu çıxa bilər ki, cəmi 3-4 gündür komandadır.


- “Qəbələ”də son dəyişikliklər komandaya nə dərəcədə təsir edə bilər? Komanda oyuna hazırdırmı?

- Heyətə yeni futbolçular cəlb olunması müəyyən qədər problemlər yarada bilər. Komandanın qurulması üçün çoxlu yoxlama oyunu keçirilməsinə ehtiyac var. Futbolçuların bilməli olduğu çox məlumat var. Lakin bizim üstünlüyümüz var ki, komandaya gələn futbolçuların hamısı təcrübəlilədir. Sabahkı matçda bizə daha çox nəticə lazımdır.

Komandanın stilini dəyişmək fikrimiz yoxdur. Seçdiyimiz oyunçular da “Qəbələ”nin stilinə uyğundur. Klub rəhbərliyi gözəl futbol tələb edir və biz buna uyğun  futbol oynamağa çalışırıq.  Sabahkı matçda bizi 0:0 hesablı bərabərlik yox, 5:0 hesablı  qələbə qane edecək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail