Samir Əliyev: "Səbrli olmaq lazımdır"

03.07.2015 | 6256 dəfə oxunub

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Neftçi”- “Mladost” (Montenqero) matçı 2:2 hesablı bərabərliklə başa çatıb. 

Stadium.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Samir Əliyev oyundan sonra jurnalistlərin suallarını cavabıandırıb

- Sizi təbrik edək, yoxsa bu nəticə məyusedicidir?

- Həqiqətən oyunun sonunda qol buraxmaq məyusedicidir. Yenə deyirəm, hazırlaşmağa vaxtımız az oldu. Araz və Samir zədələndi. Ancaq ikinci oyunda bizə daha rahat olacaq. Çünki rəqib meydanında daha sərbəst oynamaq olur. Əks-hücumlara üstünlük verəcəyik. Təlim-məşq toplanışında əks-hücumlar üzərində çox çalışımışıq. Bundan əlavə, Kaue da Silva da növbəti oyunda bizə kömək edəcək. 

- “Neftçi” iki qol vurdu, birinci təsadüfi oldu. Komandanızın yoldaşlıq görüşlərində də qol vura bilmədiyini nəzərəs alsaq, cavab matçında bunu bacarmaq nə dərəcədə asan olacaq?

- Səbrli olmaq lazımdır. Gördüyünüz kimi, komanda əzmlə mübarizə apardı. Bəlkə də çoxlarınız belə oyun gözləmirdiniz.

- “Neftçi” sanki Araz Abdullayevdən asılıdır. Samir Məsimovu isə meydanda çox saxladınız. Ona əvəzləyəci futbolçu yoxdur?

- Əlimzdə olan futbolçulardan istifadə edirik. Hətta 1997-ci il təvəllüdlü futbolçunu meydana buraxmağa məcbur olduq.  Samir meydanda canını qoydu. Ancaq tək Samir yox, bir çox  futbolçular hələ çox işləməlidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail