Azərbaycanlı deputat və nazirlər rusiyalı dövlət adamlarına qarşı oynayacaq

03.07.2015 | 6033 dəfə oxunub

Sabah Azərbaycanın deputat və nazirləri rusiyalı deputat və nazirlərlə futbol oynayacaqlar. Stadium.az xəbər evrir ki, bu barədə açıqlama verən millət vəkili Fazil Mustafa futbol matçında iki deputatın oynayacağını bildirib.

“Deputatlardan mən və Adil Əliyev komandaya seçilmişik. Məşqçinin müəyyənləşdirməsinə görə, mən sağ cinahdan hücumda oynayacam”.

Fazil Mustafa bu futbol matçında Azərbaycan tərəfdən nazirlər və Prezident Administrasiyasının şöbə müdirlərinin də oynayacağını qeyd edib.

“Təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov və bir sıra vəzifəli şəxslər olacaq”.

Deputat Azərbaycan komandasının məşqçisinin Vaqif Sadıqov olduğunu qeyd edib.

“Dalğa Plaza” arenasında məşq etmişik. Yəqin ki görüş də orada keçirilər. Amma dəqiq yeri bilmirəm. Matç sabah axşam saatlarında oynanılacaq, hardasa 20:00 radələrində”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail