Elnur Abdullayev: "Simurq"da 5 ay pulsuz oynadım" - MÜSAHİBƏ

06.07.2015 | 5226 dəfə oxunub

"İnter"in yeni transferi Elnur Abdullayevin müsahibəsini təqdim edirik:

- "İnter"ə keçidiniz necə alındı?
- Üç klubdan təklif almışdım. Amma digərləri ilə razılığa gələ bilmədim. Sonda "İnter"lə danışığımız alındı və altı aylıq müqavilə imzaladım.

- Komandaya Avropa Liqasında kömək etmək üçün gəlmisiniz?
- Belə deməzdim. Keçidim gec alındı. Çünki "Simurq"dan transfer vərəqəmi gec aldım. "İnter" hətta növbəti mərhələyə adlasa, yenə komandaya ilk oyunda kömək edə bilmərəm. Çünki avrokuboklarda cəzalı durumdayam. Onu hələ "Xəzər Lənkəran"da çıxış edərkən qazanmışdım. Hakim mənə durduğum yerdə qırmızı vərəqə vermişdi və UEFA da 3 oyunluq cəza qərarı çıxarmışdı.

- Yeni komandanız Albaniya "Laçi"si ilə səfərdə 1:1 hesablı bərabərliyə nail olub. Sizcə, ev oyununda qalib gəlmək mümkün olacaq?
- Fikrimcə, komandamız növbəti mərhələyə adlaya biləcək. Düzdür, ola bilər ki, ilk oyunda yüksək səviyyəli futbol sərgiləyə bilmədik. Amma bu kollektivin yeni qurulduğunu unutmamaq lazımdır. Komanda hər oyunda daha yaxşı çıxış edəcək.

- Baş məşqçi Zaur Svanadze ilə görüşmüsünüz?
- Bəli, görüşmüşük. Məni yaxşı qəbul etdi. Komanda gec qoşulmuşam. Buna görə köməkçi məşqçilərin rəhbərliyi altında əlavə də məşq etməli oluram.

- "İnter"ə keçidinizdə əsas rolu nə oynadı?
- Bu, Azərbaycan futbolunun son illərdəki ən güclü klublarından biridir. Komanda həmişə sabit oyun sərgiləməsi ilə seçilib.

- Amma indi bu klubun ciddi maliyyə problemləri var...
- Bir-iki klubu istisna etməklə, indi əksər komandalarda belə problemlər mövcuddur. Artıq yarım ildir ki, maaş üzü görmürəm. Amma nə edə bilərəm? Oynamağa davam etmək lazımdır. Hər şeyin düzələcəyinə inanıram.

- "Sumqayıt"a keçəcəyiniz deyilsə də, alınmadı. Niyə?
- Doğrudan da bu klubla razlığa gəlmişdik. Amma sonra nəsə alınmadı. Görünür, qismət elə "İnter"ə keçmək imiş.

- "Simurq"un indiki durumu ilə maraqlanırsınız?
- "Simurq"da ilk ayımın maaşını almışdım. Qalan beş ayı pulsuz oynadım. Orada əla kollektiv var idi. Çox istərdim ki, bu klub fəaliyyətini davam etdirsin. Mənə xeyli borcları var, amma mən həmin borcu bağışlayıram. Əminəm ki, yeni heyət toplayıb, çempionatda çıxış edəcəklər. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail