Elxan Abdullayev: "Hər oyuna fərqli heyətlə çıxırıq"

16.09.2011 | 7248 dəfə oxunub

"Müdafiədə ciddi problemlərimiz var. Hər oyuna fərqli heyətlə çıxırıq". Stadium.az xəbər verir ki, bu sözləri AZAL klubunun baş məşqçisi Elxan Abdullayev deyib.
Cari mövsümdə keçirdiyi 5 oyunun ikisində məğlub olan və bir o qədər qələbə qazanan paytaxt təmsilçisi bir görüşdə xalları yarı bölüb. Komandanın qeyri-sabit oyunu haqda danışan baş məşqçi bunun heyətdəki itkilərlə bağlı olduğunu bildirib: “Bir heyətlə iki ardıcıl oyuna çıxa bilmirik. Gah Aqil Nəbiyev zədələnir, gah Petrov meydana çıxmır. Oynadığımız komandalar da güclü rəqiblərdir. Onlar müdafiədəki səhvləri bağışlamırlar”. 
Abdullayev ehtiyat oyunçuların yoxluğundan da şikayətləndi: “Onların əvəzləyən var ki? Əvəzedici komandadan oyunçu götürürük”.
Həftəsonu “İnter”lə keçiriləcək oyun haqda da danışan Abdullayev rəqibə hörmətlə yanaşdığını deyib: “İnter”i digər komandalardan seçmək istəmirəm. “Neftçi”yə necə hazırlaşmışdıqsa, bu oyuna da elə hazırlaşacağıq. “İnter” güclü komandadır, iki dəfə ölkə çempionu olub. Onlara hörmətlə yanaşmalıyıq. Məqsədimiz ancaq qələbə qazanmaqdır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail