"Neftçi" Avropa Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

10.07.2015 | 5146 dəfə oxunub

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən 3 klubdan biri olan ölkənin ən titullu klubu olan “Neftçi” Monteneqroda çətin sınaq qarşısındadır. Bakılılar ilk oyunda doğma meydanda 262 hesabına razı olduqlarından, səfərdə onlara elə də asan olamayaq. “Neftçi” "Mladost"la oyunda turu keçmək üçün indi ya qələbə qazanmalı, ya da ən azı 2 topdan çox vuraraq heç-heçə etməlidir.

9 iyul

Avropa Liqası, I təsnifat mərhələsinincavab oyunu

23:30.”Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan) 1:1

Qollar: Vukocic 90+1 - Araz Abdullayev 71 

(İlk oyun – 2:2)

Baş hakim: Kevin Klensi (Şotlandiya).

Podqoritsa. "Qradski" stadionu.



  #1   Adınız: Tural;   E-mail: [email protected]

10.07.2015 05:59

"Flaqman"ımızı qaytarın.
Sizi bilmirəm, ama mən bu gecə yata bilmədim. Çünki
sizlərdən fərqli olaraq bizlər "Neftçi" fanatıyıq. "Neftçi"ni
qarşılıqsız sevirik və "Neftçi"nin yanında olduğumuza görə
pul almırıq.
Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev-yazıçı və
şəxsiyyət kimi çoxlarının və mənim hörmət bəslədiyim
insandır, icraçı direktor Elnur Məmmədli-gənc və enerjilidir,
Bəhram Bağırzadə- Azərbaycanda toplumun sevimlisidir, Vəli
Qasımov-Azərbaycanı Pireney yarımadasında təmsil edib,
"Betis"də qolları sıralayıb, Mübariz Zeynalov- yaşlı nəslin
"Neftçi"sinin əfsanələrindən və digərləri. Sizdən tələb
edirik! Çıxın hesab verin bu azarkeşə. Niyə İlk turdaca
ələndik, növbəti mövsüm necə olacaq, planınız nədir, nə
uğrunda mübarizə aparacaq komanda qurursunuz. Çıxın
rahatladın "Neftçi"sevərləri. Cavab gözləyir "Neftçi" fanatı
sizdən. Əgər cavab verməzsəniz ...
Bəli, təhdid edirik sizi. Niyəsini bilirsinizmi? Çünki sizi
bilmirəm, amma bu fanat "Neftçi" ilə yaşayır. Onun qələbəsi
zamanı sevincdən, məğlubiyyəti zamanı kədərdən ağlayır.
Meydanda kimin oynamasından asılı olmayaraq, səsi batana
qədər "Neftçi" hayqırır, məğlubiyyətləri sıralasa da, hər
növbəti oyunda "Flaqmanın", "Xalq komandası"nın yanında
olur... Bəli "Flaqman", "Xalq komandası". Sayənizdə bu adları
itirmək üzrəyik. Artıq "Xalq komandası" deyəndə başqa
komandaların adı çəkilir. Sizdən bizim "Flaqman"ımızı,
ilkləri yazan sevgilimizi geri istəyirik. Verə bilmirsizsə,
düşün o taxtdan. Ən azından çıxın topluca mətbuat konfransı
keçirin və ölkənin ən köklü klubunun bu günə düşməsinə bəhanə
gətirin. Yoxsa ...
Bəli, təhdid edirik sizi. Biz sizdən hər il çempion olacaq
komanda istəmirik. Hər il Çempionlar Liasının qrupuna düşsün-
bunu da istəmirik. Amma heç olmasa, çempionluğa oynaya bilən
komanda tələb edirik. "Mladost" a gücü çatacaq komanda
istəyirik. Sizi bilmirik, amma biz ölürük hər oyun "Qarabağ"a
uduzanda, "İnter"dən dörd cavabsız qol yeyəndə, "Mladost"
bizi keçib tur atlayanda... Və bu gecə yenə öldük.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail