"Flaqman"ımızı qaytarın! - Azarkeş "Neftçi" rəhbərliyini təhdid etdi

11.07.2015 | 5801 dəfə oxunub

"Mladost" - "Neftçi" oyunundan sonra Bakı klubunun Tural adlı azarkeşinin saytımıza yolladığı yazı tipli fikirlərini olduğu kimi təqdim edirik:


Sizi bilmirəm, amma mən bu gecə yata bilmədim. Çünki sizlərdən fərqli olaraq, bizlər "Neftçi" fanatıyıq. "Neftçi"ni qarşılıqsız sevirik və "Neftçi"nin yanında olduğumuza görə pul almırıq. 

Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev-yazıçı və şəxsiyyət kimi çoxlarının və mənim hörmət bəslədiyim insandır, icraçı direktor Elnur Məmmədli-gənc və enerjilidir, 
Bəhram Bağırzadə - Azərbaycanda toplumun sevimlisidir, Vəli 
Qasımov - Azərbaycanı Pireney yarımadasında təmsil edib, "Betis"də qolları sıralayıb, Mübariz Zeynalov- yaşlı nəslin 
"Neftçi"sinin əfsanələrindən və digərləri.

Sizdən tələb edirik!

Çıxın hesab verin bu azarkeşə. Niyə ilk turdaca 
ələndik, növbəti mövsüm necə olacaq, planınız nədir, nə uğrunda mübarizə aparacaq komanda? Qorxursunuz?. Çıxın
, rahatladın "Neftçi"sevərləri. Cavab gözləyir "Neftçi" fanatı  sizdən. Əgər cavab verməzsəniz ...

Bəli, təhdid edirik sizi. Niyəsini bilirsinizmi? Çünki sizi bilmirəm, amma bu fanat "Neftçi" ilə yaşayır. Onun qələbəsi zamanı sevincdən, məğlubiyyəti zamanı kədərdən ağlayır. Meydanda kimin oynamasından asılı olmayaraq, səsi batana 
qədər "Neftçi" hayqırır, məğlubiyyətləri sıralasa da, hər növbəti oyunda "Flaqmanın", "Xalq komandası"nın yanında
olur... Bəli "Flaqman", "Xalq komandası". Sayənizdə bu adları itirmək üzərəyik. Artıq "Xalq komandası" deyəndə başqa 
komandaların adı çəkilir. Sizdən bizim "Flaqman"ımızı, ilkləri yazan sevgilimizi geri istəyirik. Verə bilmirsizsə, düşün o taxtdan, rədd olun gedin! Ən azından çıxın topluca mətbuat konfransı 

keçirin və ölkənin ən köklü klubunun bu günə düşməsinə bəhanə gətirin.
.. Yoxsa ...
Bəli, təhdid edirik sizi. Biz sizdən hər il çempion olacaq komanda istəmirik. Hər il Çempionlar Liasının qrupuna düşsün
- bunu da istəmirik. Amma heç olmasa, çempionluğa oynaya bilən 
komanda tələb edirik. "Mladost" a gücü çatacaq komanda istəyirik. Sizi bilmirik, amma biz ölürük hər oyun "Qarabağ"a uduzanda, "İnter"dən dörd cavabsız qol yeyəndə, "Mladost"
bizi keçib tur adlayanda... Və bu gecə yenə öldük!!!

Tural



  #2   Adınız: Aqa;   E-mail: [email protected]

12.07.2015 20:25

Evvela,"Mladost" özüne göre bir
komandadir , neye göre o imkan vermelidir
ki , "Neftçi" onu keçsin ? Alinmadi da ,
neylemek olardi ? Eliyevin elindeki
material bu idi , Bu materialla da

  #1   Adınız: Valeh Neftci;   E-mail: [email protected]

12.07.2015 14:03

heyif 78 illik tarixi olan bir kamandani bu gun pis hala
saldilar kim neftcini bu gune qoydusa allaha tapsiriram nece
olur ki qarabag inter xezer lenkeran qebele transfer edirler
bes neye gore neftci transfer etmir genclesdirme siyasetiyle
cempionatda neye umid edir cixib efirde desinler ki ne
ugrunda necenci yer ugrunda mubarize aparacaqlar hemise
neftci olkenin bir nomreli kamandasi olmalidir qurban olum
neftci adina olume gederem neftci ugrunda eger kamandani
idare ede bilmirlerse cixib efirde desinler ki istefa veririk
gelsin xilaskar sadiq sadiqov boyukaga haciyev tahir
suleymanov ve guloglan cabbarov

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail