"Qəbələ"də yeni məşqçi

12.07.2015 | 3282 dəfə oxunub

“Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Ramin Quliyevin köməkçisi və qapıçılarla işləyən məşqçisi müəyyənləşib. Stadium.az xəbər verir ki, bu vəzifələri müvafiq olaraq, Elmar Baxşıyev və Vüqar Məmmədov icra edəcək.

“Qırmızı-qaralar”ın sabiq futbolçusu olan Baxşıyev komandanın məşqçilər korpusuna yeni təyin olunub. Məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayan 35 yaşlı çalışdırıcı “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərəcək.

Futbolçu karyerasını “qırmızı-qara” formada bitirən Baxşıyev 2012-ci ilin əvvəlində gəldiyi əyalət klubunda 28 matç keçirib. Bu oyunlardan 9-u 2011/12, 19-u 2012/13 mövsümünə təsadüf edib.

O, “Qəbələ”dəki bütün qarşılaşmaları Premyer Liqa çərçivəsində keçirib. Bunadək isə yarımmüdafiəçi “Şəfa” (1997-1999), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007-2008) və “Neftçi”nin (2008-2011) şərəfini qoruyub. Baxşıyev Premyer Liqada 268 matçda 9 qol vurub.

2004-2009-cu illərdə Azərbaycan millisinin formasını geyinən orta sahə oyunçusu 32 qarşılaşmada iştirak edib.

2005-ci ildən “Qəbələ”də çalışan Məmmədov isə əvəzedici komandada fəaliyyətini davam etdirəcək. 2013-cü ilin yayından əvəzedici komandanın çalışdırıcısı olan Məmmədov postunda qalıb.

Futbolçu kimi “Kəpəz” (1985-1987, 1990-1995, 1996-2001), Bakı MOİK-i (1987-1990) və “Şəmkir” (1995-1996) klublarında çıxış edən 46 yaşlı Məmmədov 1994/1995 mövsümündə Azərbaycan çempionu, 1993/1994 mövsümündə kuboku qazanıb. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail