Şahin Diniyev: "Gördüyümüz fiziki hazırlığı yüksək qiymətləndirirəm"

13.07.2015 | 2687 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev komandasının 10 günlük Bakı toplanışınını dəyərləndirib. Stadium.az xəbər verir ki, o, futbolçularının əməyini yüksək qiymətləndirib:

“Təlim-məşq toplanışı boyunca uşaqlar vicdanla, məsuliyyətlə verilən bütün tapşırıqların öhdəsindən gəldilər. Maksimum şəkildə hazırlaşdıq. Fiziki işin təməlini qoyduq. Mənə elə gəlir ki, bu hazırlığımız çempionatda bizə yaxşı kömək edəcək".

Şahin Diniyev Azərbaycan Premyer Liqasında onları uzun marafon gözlədiyini deyib:

"Komandaya güc, fiziki hazırlıq çox lazımdır. Oyunçulara əzmlə, səylə çalışdıqlarına görə minnətdaram".

Diniyev keçirdikləri yoxlama oyunları barədə də fikirlərini bildirib: "Yoxlama oyunlarında nəticə önəmli olmasa da, komandada qalib ruhu yaratmaq üçün belə matçlarda qələbə qazanmaq vacib idi. Qələbə qazanmasaq belə futbolçulardan razı qalacaqdım. Gördüyümüz fiziki hazırlığı yüksək qiymətləndirirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail