"NEFTÇİ" - ƏFSAnədən rəksanəyə ...

14.07.2015 | 3951 dəfə oxunub

“Neftçi” hazırda acınacaqlı vəziyyətdədir. İş ondadır ki, bunlar Avropa Liqasında həvəskar komanda səviyyəsində olan “Mladost”u keçə bilmir. Ancaq komandanın acınacaqlı durumda olması bununla bağlı deyil. Bəlkə də, bu məqam da öz sözünü deyir. Ancaq “komanda udar da, uduzar da”, “hər nəticəyə hazır olmaq lazımdı” kimi futbol deyimlərini nəzərə alsaq, bu məqamı tapdalayıb – lap elə ayaqlar altına alıb susaraq keçmək olar.

İşin faciəvi tərəfi isə ondadır ki, indi “Neftçi” rəhbərliyi bu komandanı ayaqlar altına alıb. “Neftçi”ni faciəvi duruma soxmayıblar, hər keçən gün klubu buna daha da yaxınlaşdırmaq üçün sanki zorlayırlar. “Neftçi” indi tənha, sözün mədəni formasında desək, başına oyun açıqlan, ancaq səsi eşidilməyən, sorağına yetilməyən, köməyinə çatılmayan  bir bəndə təsiri bağışlayır.

Çünki klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin işi ancaq klounluq etməkdi. Faktiki olaraq ölkənin ən köklü və ən böyük klubu Elnur Məmmədovun əlində gilinc qalıb və gülünc olmaqdadır. Elnur “Neftçi”ni yəhərləyib, yüyənləyib, dərə aşağı da çapır, dərə yuxarı da. Çox insafsız adamdı, mindiyinə yazığı gəlmir. Axırda çərlədəcək...

Çingiz Abdullayevi heç Novruz bayramının gözəl təlamlarından olan bu şənliyin qozuna da almayan Məmmədov, istədiyini “Neftçi”yə gətirir, xoşu gəlməyənləri də klubdan uzaqlaşdırır. Lənət görən şeytana deyib, bunu da qoyduq bir kənara.

Bu Elnur Məmmədov son açıqlamasında deyib ki, “Neftçi” bax indi əsil xalq komandasıdır”...

Beləsinə cavan qaqaşdar öz aralarında danışanda “əəəə durrrrr...” ifadəsini işlədirlər. Nə qədərdə axmaq sözdür, hə? Məmmədovun düşüncəsinə nəzərən vəziyyəti qiymətləndirsək belə qərara gəlirik ki, bir komandanın xalq komandasına çevirilməsi üçün onun mütləq bir həvəskar kluba uduzması lazımdı. Ya sabr!...

Klub üçün əlindən, əməlindən “mən demişəm, yenə deyirəm, “Neftçi” bir əfsanədir” deməkdən başqa heç nə gəlməyən sözdə klub rəhbəri olan Çingiz Abdullayev hara baxır? 30 milyon kitabı satılan bir yazıçı Elnur Məmmədovun ağzını karvansaray qapsına döndərib danışdıqlarına qiymət verə bilmir? Yoldaş Çingiz Abdullayev, belə getsə sizin o əfsanə dediyiniz “Neftçi”dən heç rəksanə də olmayacaq...

Elnur BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail