"Qarabağ" mərhələ adlasa "Seltik"lə qarşılaşacaq - YENİLƏNİB

17.07.2015 | 7108 dəfə oxunub

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Stadium.az xəbər verir ki,  İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan təmsilçisi "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alacaq ki, bu da "Qarabağ"ı nisbətən daha güclü komanda ilə üz-üzə qoyacaq. 

Lakin növbəti mərhələdə oynamaq hüququ əldə etmək üçün Azərbaycan çempionu II təsnifat mərhələsində Monteneqronun "Rudar" klubunu mübarizədən kənarlaşdırmalıdır.

III təsnifat mərhələsində UEFA reytinqində daha yüksək pillələrdə qərarlaşan ölkələri təmsil edən daha 10 komanda mübarizəyə qoşulacaq. Püşk Türkiyənin "Fənərbaxça" klubunun da bu mərhələdəki rəqibinə aydınlıq gətirəcək.


"Rudar" - "Qarabağ" cütünün qalibi "Seltic" (Şotlandiya) - "Styarnan" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk görüşdə şotlandlar 2:0 hesabı ilə qalib gəldiyindən mərhələ adlamağa yaxın tərəf onlardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail