Rədd Olsun Şura!!! "Neftçi"mizinTək Xilaskarı Sadıq Sadıqovdur!!!

17.07.2015 | 4028 dəfə oxunub

"Neftçi" azarkeşləri sosial şəbəkələrdə "Rədd olsun Şura", "Sadıq Sadıqov xilaskarımız" həştəqları ilə indiki rəhbərlikdən narazı olduqlarını dilə gətirirlər.

Ancaq son 2-3 gündə klub rəhbərliyi azarkeşlərin fəallaşmasından sözün əsl mənasında qorxub. Məhz buna görə də, klubun rəsmi səhifəsində etiraz rəyləri silinir, həmin azarkeşlər "ban" olunur və s... 

Bu gün isə bir azarkeş redaksiyamıza məktub ünvanlayaraq, şəxsi fikirlərinin yer aldığı yazının yayımlanmasını xahiş edib. Həmin məktubu olduğu kimi təqdim edirik:

"Mən 5 yaşımdan "Neftçi"yə azarkeşlik edirəm. Özümdə hal-hazırda "Neftçi"nin ən böyük azarkeş səhifəsi olan "Neftçi Baku Fan Page"nin adminiyəm. Son günlər "Neftçi" azarkeşlərinin çoxunun  fikrini nəzərə alaraq səhifədə  "RəddOlsunŞura" "Neftçimizin Tək Xilaskarı Sadıq Sadıqovdur", "Çingiz Abdullayevdən hesabat tələb edirik" və s. bu cür paylaşımlar edirəm. Bundan  narahat olan "Neftçi" rəhbərliyi müxtəlif yollarla mənə müdaxilə etməyə çalışır. Hətta mənə bu cür paylaşımların bir daha olmaması tələbi qoyuldu. Bunlar kölgəsindən də qorxandılar.

Niyə görə Çingiz Abdullayev, Şura bizə cavab vermir ?

Bu qədər acizik  sizin qabağınızda ?

Görəsən Çingiz Abdullayevi "Baku 2015" məşəlini daşıyandan sonra görən olub heç ?

Niyə görə vacib səfər oyununda klubumuzun yanında olmadınız ?

Klub rəhbərliyi biz "Neftçi"lilərə hesabat verməyə borcludur!  Bu  klub heç kimin şəxsi  əmlakı deyil.!  Niyə  görə hansısa  klub azarkeşi "Neftçi"mizin bu halına gülməlidir ?

Bu gün isə öz istəyimlə  səyfədəki istefa paylaşımlarıma son qoymadım,ümumiyyətlə səyfədəki fəaliyyətimə son qoydum.Biz sizin üçün muzdlu azərkeş deyilik !

Çoxları Sadıq Sadıqovu bəyənmir. Unutmayın ki, Azərbaycan futboluna  qızıl hərflərlə yazılacaq izlər buraxdı Sadıqov. Nə tez yaddan çıxartdınız Sadıq Sadıqovu. Bəlkə o  vaxta qədər Avroliqa qrupu görmüşdünüz ?

Son sözümdə budur ki Rədd Olsun Şura!!!  NeftçimizinTək Xilaskarı Sadıq Sadıqovdur!!!"

Hörmətlə: Xanbaba Daşdı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail