UEFA "Qəbələ"ylə bağlı açıqla verdi

17.07.2015 | 4287 dəfə oxunub

UEFA Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın "Qəbələ" və Gürcüstanın "Dinamo" (Tbilisi) futbol klubları arasında Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Qəbələdə keçirilmiş cavab görüşündəki insidentlə bağlı qərarını iyulun 23-də açıqlayacaq.

Stadium.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq UEFA-dan məlumat verilib.

Avropanın futbol qurumundan bildirilib ki, Azərbaycanın və Gürcüstanın iki klubunun Qəbələdəki qarşılaşmasında azarkeşlərə yaraşmayan hərəkətlərə yol verilməsinə (yandırılmış milli bayraq) və üzərində qadağan edilmiş şüarlar yazılmış plakatların açılmasına görə intizam araşdırması başlanılıb.

UEFA-nın cavabında o da qeyd olunub ki, Tbilisidə keçirilmiş ilk qarşılaşmadakı hadisə irqçi hərəkət kimi qiymətləndirilib, stadionun bir hissəsinin qapadılmasına və 20 000 avro cərimənin tətbiq edilməsinə qərar verilib.

"Qəbələ" rəhbərliyi UEFA-nın rəsmi qərarını gözləmədən Serbiyanın "Çukariçki" klubu ilə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab görüşünü Bakıda keçirməyə qərar verib. Oyun iyulun 23-də "Bakcell Arena" stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail