"Neftçi" Doraxini biabırçılığına aydınlıq gətirdi

19.07.2015 | 3814 dəfə oxunub

"Neftçi" İranın "Persopolis" klubunun üzvü Mobin Doraxini Bakıya baxışa dəvət edib, sonradan futbolçu ilə maraqlanmaması barədə biabırşılığa rəsmi münasibbət bildirib.   

 Stadium.az xəbər verir ki, "Neftçi"nin mətbuat xidmətinin katibi Gündüz Abbaszadə sözügedən məsələylə bağlı sosial şəbəkədəki profilində açıqlama yayıb. Açıqlamanı olduğu kimi təqdim edirik:

"Əziz dostlar, hörmətli idman jurnalistləri. İranlı futbolçu Doraxi ilə bağlı xəbərə gec də olsa, münasibət bildirməyi borc bildik. Əvvəla, xəbəri yayan dostlarımız peşəkarlıqdan "dərs keçərək", "Neftçi"ni qeyri-peşəkar adlandırır. Dəvət məktubuna diqqətlə baxın. İranlı futbolçuya baxışa dəvət klubumuz tərəfindən mayın 24-dən 29-dək göndərilib. Çünki klubumuza təklif olunmuş futbolçuya həmin ərəfədə baxmaq və yoxlamaq üçün imkanımız var idi. Onun meneceri ilə danışıqlarda da tarixin önəmi vurğulanmışdı. Çünki həmin tarixdən sonra komandamız çempionatın son turunun oyununu başa vurub, kubokun finalına hazırlaşacaqdı və biz həmin ərəfədə düşərgədə başqa futbolçunun olmasını məqsədəuyğun hesab etmirdik. Bizim istəyimizlə futbolçu daha öncə razılaşmışdı. Lakin sonradan Doraxinin çıxış etdiyi "Persepolis" klubunun Asiya Çempionlar Liqasında Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə oyunu olduğu, bu səbəbdən Bakıya gələ bilməyəcəyi deyildi (oyun mayın 26-da keçirilib). Kubokun finalından sonra komandanın istirahətə buraxılacağı bəlli idi. Doraxi bizim istədiyimiz tarixlərdə gəlmədiyi üçün məsələ bağlandı. Məsələyə gec münasibət bildirməyimizin səbəbi bəzi detalları dəqiqləşdirmək idi. Bu müddətdə bizə məlum oldu ki, Doraxi nəinki dəvət göndərdiyimiz tarixlərdə, o tarixdən sonra da Azərbaycana gəlməyib. Düzdü, bu ərəfədə bəzi iranlı futbolçular Azərbaycana klub tapmaq üçün gətirilib. Hətta onlar "Neftçi"yə də təklif olunub. Lakin onların arasında Doraxi olmayıb. 

P.S. "Neftçi"ni qeyri-peşəkar adlandıran həmkarlarımın bu dəfə peşəkarlıq nümayiş etdirirək, mövqeyimizi dərc edəcəklərinə əminəm. Necə ki, Doraxi xəbəri təqdim edilmişdi. Manşetlərdə...".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail