Sabah "Bakı"da iclas olacaq - MÜSAHİBƏ

21.07.2015 | 11114 dəfə oxunub

"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidovun müsahibəsini təqdim edirik:

- “Bakı”nın Premyer Liqada çıxış etməsi gözlənilir?

- O sual elə açıq olaraq qalıb.

- “Bakı”nın yenidən Premyer Liqaya qoşulmağını siz nə qədər eal qiymətləndirirsiz?

- Bu gün ölkə çempionatının püşkatma mərasimində PFL prezidenti Ramin müəllim çıxışında bildirib ki, Premyer Liqada sponsoru olarsa 12 komandanın iştirak etməsi mümkündür. Yəni sponsoru olsa 12-si də iştirak edə bilər. Ramin müəllimin çıxışından sora “Bakı”nın Liqaya qayıtmağına ümüd yaranır, amma bir məsələ var ki, gərək maliyyə ilə bağlı problem olmamalıdır.

-Hal-hazırda “Bakı”nın maliyyə vəziyyəti necədir?

- Hal hazırda “Bakı”nın maliyyə vəziyyətinin necə olması barədə nəsə demək olmaz. Bu sualın cavabına yaxın 1-2 gündə aydınlıq  gələcək.

-Bildiyimzə görə son günlərdə  klubun prezidenti Hafiz müəllimlə görüşünüz olub, klubla bağlı nə müzakirə olunub?

- Klubla bağlı 2015 – 2016 mövsümü ilə əlaqədar olaraq bəzi müzakirələr oldu. Bununla bağlı isə sabah saat 12-də bizim bazamızda jurnalistlərlə cay süfrəsi arxasında söhbətimiz də olacaq. Orada daha geniş məlumat verəcəyik.

-Hafiz müllimlə görüşünüzdə “Bakı”nın Premyer Liqada, ya I Divizyada qalması haqqında nəsə açıqlandı?

- Hafiz müəllim bununla əlaqədar yeni işlər görür. Biz onla əlaqədar 1-2 günə yeni görüş təyin edib müzakirə edəcəyik. Əgər xoş sonluqla nəticələnərsə, maliyyə ilə bağlı problem olmazsa, onda “Bakı” klubu haqda müəyyən bir fikir demək olar.

- Sizin fikrinizcə “Bakı”nın Premyer Liqada iştirakı nə dərəcədə realdır?

- Bakının hal-hazırda istər futbolçuları ilə, istərsə məşqçiləri ilə heç bir problemi yoxdur. Bütün futbolçularımız komandanın heyətindədir. Bir neçə gündən sonra komanda artıq məşqlərə start verəcək. Mən belə düşünürəm ki, Azərbaycanda struktura hazır olan 4-5 komanda varsa biri də “Bakı”dır. “Bakı”nın çempionatda oynamağı Premyer Liqanın səviyyəsini dahada artırar. “Bakı” yarandığı gündən çempionatda oynayan komanda olub. Hazırda 30-a yaxın futbolçusu müxtəlif yaş qruplu milli komandalarda oynayır. Siz özünüz fikirləşin,  “Bakı”nın çempionatda oynamağı yaxşıdı, yoxsa pis?! (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail