"Bakı"da iclas oldu

21.07.2015 | 11275 dəfə oxunub

Bu gün “Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov, mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov eləcə də akademiyaya məsul məşqçilər Məqsəd Yaqubəliyev və Novruz Əzimovun rəhbərliyi ilə məşqçi və inzibati heyətin iştirakı ilə klubun 2015/16-cı il futbol mövsümünə hazırlığı ilə bağlı iclas keçirilib.

Stadium.az klubun saytına istinadən xəbər verir ki, iclasın gündəliyində qarşıdakı mövsümdə “Bakı”nın birinci divizyonda çıxışı, müxtəlif yaş qrupları üzrə komandaların AFFA tərəfindən keçirilən çempionatlara hazırlanması, o cümlədən yeni mövsümdən “Atletiko” və “Lans”la birgə əməkdaşlıq sayəsində yeni layihələr müzakirə edilib.

İclasın yekunu olaraq sabah mətbuat nümayəndələri üçün brifinq keçirilməsi qərara alınıb. Brifinqdə həm yeni mövsümlə bağlı məsələlər həm də maddi problemlərə görə klubun fəaliyyətini dayandıracağı ilə bağlı bəzi mətbuat orqanlarında yayılan əsassız xəbərlərə münasibət bildiriləcək. 

Sabah saat 12:00-da klubun bazasında təşkil ediləcək brifinqə bütün mətbuat nümayəndələri dəvət edilib.



  #1   Adınız: ehtiram;   E-mail: nbnbnbn

22.07.2015 01:15

salam... Qarabagin oyununa nece baxaq?

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail