Ruhid Ususbov: "Mil Muğan”ın dağılması o 3-4 min azarkeşi də futbolsuz qoymaq deməkdir"

22.07.2015 | 5203 dəfə oxunub

İmişlinin “Mil Muğan” klubu dağıla bilər. Stadium.az xəbər verir ki, hazırda klubla heç kim maraqlanmır. Komandaya pul ayıran rayon İcra Hakimiyyəti də bundan imtina edir. Bu məsələylə bağlı komandanın kapitanı Ruhis Usubovla əlaqə saxladıq. Təcrübəli futbolçu “Mil Muğan”la bağlı çox maraqlı açıqlamalar verdi:

“Hazırda “Mil Muğan”ın taleyinin necə olacağı bəlli deyil. Söhbət var ki, komanda yaşamasın, dağılsın. Mən bunu başa düşə bilmirəm. Bəyəm “Mil Muğan”ın yaşaması üçün 1 milyon, yoxsa milyonlarla pul lazımdı?

Bizim komandanın var olması üçün – İmişlidə futbolun qalması üçün 1 illik komandaya 100 min pul lazımdı. Bu 100 min sayəsində həm “Mil Muğan” yaşayır, həm də 50-60 ailə oradan çörək yeyir. Bizim komandada yaxşı futbolçular var, əla kollektiv formalaşdırmışıq. İndi Bakıda keçirilən Premyer Liqa oyunlarına heç 1000 azarkeş gəlmir. Biz Bakı derbilərində - ən yaxşı oyunlarda belə stadionda 2-3 mina zarkeş görmürük. Ancaq “Mil Muğan”ın İmişlidəki oyunlarına 3-4 min azarkeş gəlir. “Mil Muğan”ın dağılması o 3-4 min azarkeşi də futbolsuz qoymaq deməkdir.

İmişli şəhər stadionu ulu öndər Heydər Əliyevin adını daşıyır. İndi ölkəmizdə bu qədər acınacaqlı vəziyyətdir ki, ulu öndərin adını daşıyan stadionda futbolun yaşaması üçün 100 min tapılmır?”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail