"Rudar"ın baş məşqçisi: "Qarabağ" yenə cütün favoritidir"

22.07.2015 | 3572 dəfə oxunub

"Bakıda heç-heçə etməklə çoxlarını təəccübləndirdik. "Qarabağ" kimi rəqiblə ilk görüşdə 0:0 bərabərə qalmaq əla nəticədir. Heç-heçəyə baxmayaraq, "Qarabağ" yenə cütün favoritidir".

Stadium.az xəbər evrir ki, bu sözləri "Rudar"ın baş məşqçisi Mirko Mariç Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la cavab oyunöncəsi keçiriləcək mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının ilk oyundan sonra eyforiyaya qapılmamalı olduğunu bildirib: "İlk oyunda hesab açılmadığından bu görüşdə qol vurmalıyıq. "Qarabağ"ın ardıcıl ikinci görüşdə də qol vurmayacağını gözləmək çətindir. Biz oyun sistemimizi dəyişməyəcəyik. Ancaq rəqib qapısı ağzında daha cəsarətli və dəqiq oynamalıyıq. Öz qapımızda təhlükə yaranmaması üçün topu rəqibə verməməyə çalışacağıq. 

Azərbaycan çempionuna qarşı ağıllı və səbirli oynamalıyıq. Erkən qol buraxsaq, işimiz çətinləşəcək. Çünki bundan sonra açıq futbol oynamağa məcbur olacağıq. Üzərimizdə hər hansı təzyiq yoxdur. Üzərində təzyiq olacaq yeganə komanda "Qarabağ"dır. Bununla belə, biz də eyforiyaya qapılmamalıyıq".

Bu gün keçiriləcək "Rudar" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda hesab açılmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail