Roman Qriqorçuk: "Bizə çox şeyi dəyişmək lazım deyil"

23.07.2015 | 3000 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Robert Prosineçki Avropa Liqasının II təsnifat mərhələsinin "Çukariçi"ylə cavab oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb: 

Bizim “Çukariçki” ilə ilk görüşümüz alınmamışdı. Amma bu o demək deyil ki, bu vaxta qədər heç bir oyunumuz alınmayıb. Bizə çox şeyi dəyişmək lazım deyil. Səfərdəki görüşdə niyə zəif oynadığımızı bilirik. Səbəbləri bizə aydındı, üzərində çalışdıq. Bakıdakı matçda o səhvləri buraxmamalıyıq. Düşünürəm ki, bu dəfə yaxşı oyun göstərəcəyik”.

- Sabahkı oyunun əlavə dəqiqələrə getmək ehtimalı var. Əgər bu baş versə, komanda üçün çətinlik yaranmayacaq ki?

- Biz 90 dəqiqədən çox oynayacağımızı da göz önünə almışıq. Amma ümid edirəm ki, əsas vaxtda görüşün taleyini həll edərik və hakimin əlavə vaxt təyin etməsinə ehtiyac qalmaz.

- Start heyəti müəyyənləşdirmisizmi? Bir də komanda penaltilərin üzərində məşq edibmi?

- Start heyəti hələ müəyyənləşdirməmişik. Bugünkü məşqdən sonra son qərarımı verəcəm. Heyəti sabah müəyyənləşdirəcəm. O ki qaldı penaltilərə, açığı, bunun üzərində məşq etməmişik. Çünki biz oyunun taleyini əsas vaxtdaca həll edəcəyimizə ümid edirik.

- “Dinamo” ilə səfər oyunundan öncə demişdiz ki, bizi 5:0 hesablı nəticə qane edir. Bəs sabah sizi hansı hesab qane edir?

- Biz həmişə 5 və daha çox top fərqilə qələbə qazanmaq istəmişik.

- “Dinamo” ilə cavab oyununda komandanız çoxlu qol vəziyyəti yarada bilmədi. Bu isə futbolçularda gərginlik yaradırdı. Həmin gərginliyi aradan götürə bilmisizmi?

- Biz “Dinamo” ilə səfər matçında vacib qol vurmuşduq. Bu dəfə isə 0:1 hesabı ilə uduzmuşuq, bir az çətindi. Hazırda o baxımdan kritik vəziyyətin olmadığını düşünürəm. Biz sabah bir neçə qol vurmağlı düşünürük. Buna imkanımız çatar. Sabah özümüzü 3:0 hesabı ilə qalib gəlməyə kökləməliyik.

- Elvin Camalovu sabah meydanda görə bilərikmi

 - Avrokubokda ölkə çempionatından fərqli, mütləq 1 cavan oyunçu meydana buraxmaq məcburiyyətində deyilik. Burda limit məsələsi yoxdu. Oyunlara doğru yanaşma ilə hazırlaşırıq. Kim özünü daha yaxşı göstərirsə, o da oynayır.

- “Neftçi” “Baksell Arena”da keçirdiyi Avrokubok oyunlarında heç vaxt qələbə qazanmayıb. Bu sizi qorxutmur?

- “Neftçi” burda heç vaxt qalib gələ bilməyib? Maraqlı faktdı (gülür). Çox istərdim ki, biz sabah qələbə qazanaq və mərhələ adlayaq. Sabah oyundan sonra hamımızın şən əhval-ruhiyyədə olmağımızı istərdim.

- Doğma şəhərdən kənarda oyun keçirmək futbolçularda ruh düşkünlüyü yarada bilərmi

 - Biz bu faktla barışmalıyıq. Stadionla bağlı UEFA-nın bizə kəsdiyi cəzadan xəbərdarsız. Bu stadionda da aura yaxşıdı. Meydançanın durumu da ürəkaçandı. Bura daha çox azarkeş gələ bilər. Bizim onlara ehtiyacımız çoxdu. Gəlib, “Qəbələ”yə dəstək olmalarını istəyirik.

- Ürfan Abbasovun əvəzinə sabah meydanda başqa futbolçu görə bilərikmi?

- Dediyim kimi, heyətlə bağlı son qərarımızı verməmişik. Abbasovun buraxdığı səhvləri böyütmək istəmirəm. Başqa oyunçularımız da səhvlər buraxırlar. Böyükhesablı qələbə qazanmaq istəyirik. Ürfan da daxil olmaqla, hər bir futbolçumuzun xarakter göstərməsi lazımdı. Düşünürəm ki, Abbasov sabah da əsas heyətdə olacaq. Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov da yaxşı futbolçulardı. Heç bir şübhəm yoxdu ki, onların da köməyindən istifadə edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail