Zaur Svanadze: "Biz müdafiəyə çəkilməyəcəyik"

23.07.2015 | 3020 dəfə oxunub

Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Hafnarfyordur”la qarşılaşacaq "İnter”in baş məşqçisi Zaur Svanadze oyundan öncə jurnalistlərin sualarını cavablandırıb:

- Jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edirəm. Hazırlığa gəldikdə, digər oyunlara necə, bu duelə də elə hazırlaşmışıq. Əsas odur ki, heyətimizdə zədəli futbolçu yoxdu.

- Komandada ab-hava necədi?

- "Laçi” ilə oyun ərəfəsindəkindən fərqli olaraq bu dəfə daha yaxşı formadayıq. Ablanlarla oyun zamanı əsas problemimiz epizodlardan istifadə edə bilməməyimiz oldu. Amma məşq prosesində bunun üzərində işlədik. İndi komandanın durumu daha yaxşıdı.

- Səfərdən sərfəli nəticə ilə dönmüsünüz. Buna əsaslanıb, müdafiədən oynayacağınızı düşünmək olarmı?

- Biz müdafiəyə çəkilməyəcəyik. Çünki belədə çətinliklə üzləşə bilərik. Çalışacağıq komanda öz oyununu oynasın.

- Start heyətindfə dəyişiklik varmı?

- Bir dəyişiklik edəcəyik. Bu, Dieqo ola bilər.

- Ötən il "Elfsborq”la səfər matçından da qələbə ilə dönmüşdünüz. Amma Bakıdakı dueldə bu üstünlükdən yararlana bilmədiniz və mübarizəni dayandırdınız. Bundan nəticə çıxarmısınızmı?

- Əvvəla qeyd edim ki, ötən ilki oyunda qırmızı vərəqəqərarı düzgün deyildi. Hakim yanlış qərar verdi. Nəticədə həm azlıqda qaldıq, həm də qol buraxdıq. Bu dəfə səhvsiz oynamağa çalışacağıq. Ancaq buna heç kim təminat verə bilməz.

- Futbolçulara hansı tapşırıqlar vermisiniz?

- Xüsusilə standart vəziyyətlər zamanı ehtiyatlı olmalarını tapşırmışam. Cərimə meydançası daxilində səhvə yol verməməli, ehtiyatlı oynamalıyıq.

- "İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadze İslandiyadakı oyunu izləyib. Onun gəlişinin səbəbi nə idi?

- Onun orda olduğunu matç başa çatdıqdan sonra gördük. O, Zurab Xizanaşvilini izləməyə gəlmişdi. O, Gürcüstan millisinə namizəddi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail