Tahir Gözəl: "Komandamın oyununu həyəcanla izlədim"

23.07.2015 | 3089 dəfə oxunub

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının Çempionlar Liqasında üçüncü mərhələy yüksəlməsi ilə bağlı fikirlərini açıqlayıb. Tahir bəy “Qarabağ”ın Azərbaycan üçün önəmli işlər gördüyünü bildirib: 

- İşğal olunmuş torpaqları heç vaxt unutmuruq. Təbii ki, torpaqlarımızın işğaldan azad olacağına inanımımız böyükdür. Dövlətimizin həm hərbi, həm də iqtisadi gücü buna imkan verir. Biz buna inanırıq və əminik. Hazırda “Qarabağ” bir milyon məcburi köçkünün ümididir. Ağdamın işğal günü ərəfəsində “Qarabağ”ın Çempionlar Liqasında qələbə qazanması, mərhələ adlaması məcburi köçkünlərin qəlbində belə üzücü gündə təsəllidir, ümid işığıdır. Sevinirik ki, “Qarabağ” FK belə bir məqamda qələbə qazanaraq xalqımızı sevindirə bildi.

-  “Rudar”la oyunla bağlı təəssüratlarınız necədir?

-  Təbii ki, komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk oyundan sonra rəqib müdafiə olunduğunu və Monteneqroda “Qarabağ”ımızın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız bütün matç boyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələni etdi. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam növbəti mərhələyə yüksəlməyi haqq etdi.

- “Qarabağ”ın növbəti rəqibi dünyaca ünlü “Seltik” klubudur.

- Bəli, “Seltik” dünyanın ən tanınmış komandalarından biridir. Bu klubun tarixinə nəzər saldıqda necə böyük komanda olduğunu görürük. Son illərdə ölkəsinin dəyişməz çempionudu. Məlum olduğu kimi ilk oyun Böyük Britaniyada – Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdi. Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssas münasibətə görə öz təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. “Qarabağ” FK daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi komandama inanıram. “Qarabağ” “Seltik”ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. “Qarabağ”ın uğuru Azərbaycanın uğurudu.  “Seltik”lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. “Qarabağ” hər zaman öz əzəmətini qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail