Roman Qriqorçuk: "Heyəti gücləndirməliyik"

23.07.2015 | 3120 dəfə oxunub

UEFA Avropa Liqasının II turunun cavab matçında “Çukariçi”yə 2:0 hesabıyla qalib gələrək üçüncü mərhələyə yüksələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.az bu müsahibəni təqdim edir:

- Bu gün stadionda bu qədər azarkeş görmək məni çox şad etdi. Stadionda təkcə bizim komandanın yox, bütün azərbaycanlı azarkeşlər vardı.

- Bu oyunda heyətlə bağlı hansısa çətinliklər vardımı? Ümumiyyətlə, komandanı növbəti mərhələ üçün gücləndirməyə ehtiyac var?

- Əlbəttə ki, gücləndirməyə çalışacağıq. Növbəti oynumuza hələ vaxt var. Çünki bunu oyuna bir gün qalmışa qədər etmək olar.

- Bu oyuna kənardan baxsaydız, oyunun ən yaxşısı kimi seçərdi? Bezotosnını, yoxsa Zenyovu?

- Bu gün əmin üçün önəmli olan komanda oyunu idi. Bəli, texniki cəhətdən bəzi məsələlər alınmadı, amma əsas olan komandamın çıxışıdır.

- Nəhayət ki, biz Serbiya klubunu keçə bildik. Bu barədə fikriniz?

- Stadion çox yaxşı idi. Bu qədər insanları görəndə tüklərim biz-biz olurdu. Tarixə gəldikdə isə biz istərdik “Qəbələ”ylə hər gün yeni bir tarix, yeni bir səhifə açaq.

- Antonov ilk yarının sonlarında oyundan düşmüşdü. O, artıq komanda oyunu oynamırdı, ansambılı pozurdu. Ayıq başla cavab verin, onu 60-cı dəqiqədən sonra meydanda saxlayardız?

- Antonov mən tanıdığım futbolçudur. Onunla uzun yollar keçmişik. Onun potensialına bələdəm. Bizdə 3 futbolçu var ki, xeyli müddətdir futbol oynamırlar. Onlar belə oyunlarda oynamalıdırlar ki, özlərinə gəlsinlər.

- Dayaq yarıımmüdafiəçisi mövqeyində adət etmədiyimiz iki futbolçu vardı Qay və Rəşad Sadiqov. Bu riski niyə almışdız? Axı onlar hücuma meyilli futbolçulardı..

- Biz rəqib komandanı analiz edərək bu taktiki gedişə əl atmışıdıq. Gördüz ki, oyunumuz da elə o mövqedən başladı.

- Asif Məmmədovu əsas komanda üzvü kimi görür, yoxsa biz onu növbəti oyunlarda və çempionatda da ehtiyatda görəcəyik?

- Komandada 16 əsas və cavan futbolçular var. Onlar haqda hamısı barədə sual versəz ki, niyə oynamırlar, mən deyə bilərəm ki, biz bu futbolçulara güvənərək onları bura gətirmişik. Biz bütün futbolçulara inanırıq. Asifə gəldikdə isə o hələ ideal formada deyil. Tam formaya düşən kimi onu da əsas heyətdə meydana buraxacağıq.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail