"Çətin olacağını gözləyirdik, amma bu dərəcədə yox"

24.07.2015 | 2913 dəfə oxunub

"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib.

Stadium.az xəbər verir ki, o, 2:2 hesabı ilə başa çatan qarşılaşmadan (ilk oyun 2:1) sonra bunları söyləyib:

"Çox çətin oyun alındı. Əlbəttə, çətin olacağını gözləyirdik, amma bu dərəcədə yox. İkinci hissədəki oyunumuzdan çox narazıyam. Rəqibə iki qolu heç nədən hədiyyə etdik. Ondan sonra həyəcanlanmağa başladıq. Həm bizim, həm də azarkeşlər üçün çox həyəcanlı qarşılaşma keçdi.


Zaur Svanadze bildlrib ki, "Atletik"lə oyunlar daha da çətin keçəcək:

"Artırmağımız lazımdır. Amma mən istənilən halda uşaqlara təşəkkürümü bildirirəm. Onlar qəhrəmandırlar. Siz özünüz də hazırda klubun hansı vəziyyətdə olduğunu bilirsiniz. Biz gec toplandıq, hazırlığa gec başladıq. Ona görə də belə bir vəziyyətdə Avroliqanın üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq böyük uğurdur".

O, komandasının matçdan əvvəl penalti seriyasına hazırlaşmsdığını vurğulsyıb:

"Çünki biz bunu ağlımıza da gətirmirdik. Hər şeyə əsas vaxtda aydınlıq gətirmək istəyirdik. Lakin alınmadı. Buraxılan ikinci qoldan sonra orta sahəni gücləndirməyə və daha çox hücumlar qurmağa çalışdıq. Çünki meydanın mərkəzini rəqibə uduzurduq. Amma rəqib futbolçunun meydandan qovulması vəziyyəti dəyişdi. Abbas Hüseynovu əzələsini dartdığına görə əvəzlədik. O, əvəzlənməsini özü xahiş etdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail