"Seltik"in baş məşqçisi: “Qarabağ” gözlədiyimizdən də, yaxşı komandadı"

24.07.2015 | 4620 dəfə oxunub

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla “Qarabağ” haqda danışıb. Stadium.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Seltik”in baş məşqçisi Ağdam klubuna tərif yağdırıb.

“Qarabağ” gözlədiyimizdən də, yaxşı komandadı. Onlar keçən mövsüm Enshededə “Tvente” ilə qollu heç-heçə oynayaraq, Avroliqanın qrupuna düşüblər. Rəqibimiz qrup mərhələsində də yaxşı çıxış edib.

Biz də yetərli qədər yaxşı komandayıq. Gücümüzü göstərməliyik. Özü də ilk matç öz meydanımızda keçiriləcək. Bu, bizim üçün çox önəmli oyundu. Eyni zamanda, rəqib üçün də çətin qarşılaşma olacaq. Ümumiyyətlə, Çempionlar Liqası turnirində asan oyun olmur. Qələbə qazanmaq və pley-offa adlamaq üçün bütün gücümüzdən istifadə etməliyik. Bizim üçün əsas Çempionlar Liqasıdı. Komandanın bütün üzvləri turnirin qrup mərhələsində oynamaq istəyir.

Biz Azərbaycana uzun yol qət etməmişdən öncə onlar Şotlandiyaya gəlməlidilər. Qısası, “Qarabağ”ı Qlazqoya uzun yol, ağır səfər gözləyir. Cavab matçına da yaxşı hazırlaşmalıyıq. Səfər qarşılaşması üçün Bakıya 1 gün tez gedəcəyik ki, ordakı mühitə adaptasiya olaq. Təxminən 5 saatlıq yol qət etməliyik. Mən Azərbaycanda heç vaxt olmamışam və bu, mənim Bakıya ilk səfərim olacaq”.

“Seltik” və “Qarabağ” komandaları arasındakı ilk oyun iyulun 29-da Qlazqoda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail