Naci Şensoy Georgi Nikolovu kəskin tənqid etdi

24.07.2015 | 3491 dəfə oxunub

"Turan"ın sabiq baş məşqçisi Naci Şensoy "İnter"in prezidenti Georgi Nikolov üçün  "Facebook"da status paylaşıb. Stadium.az xəbər verir ki, qalmaqallı Şensoya Nikola qarşı kəskin ifadələr işlədib: 

"Çox sevdiyim Azərbaycanın “Turan” komandasını 3 dəfə çalışdırdım. Hər dəfə də bunu uğurla həyata keçirdim. Şair ruhlu Azərbaycan xalqı ilə çox qısa zamanda birləşməyi bacardıq. Tək “Turan” fanatları ilə yox, bütün Azərbaycan azarkeşləri ilə aramızda qarşılıqlı sevgi yarandı.

Azərbaycanda hər şeyi dərk edə bildim, ancaq “İnter” kimi “dörd böyük”dən biri olan, səsini Avropada da ucaldan bir klubun prezidentinin bolqar Georgi Nikolov olmasına heç bir izah tapa bilmirəm. Dünyada əcnəbilərin prezident olmalarına çox rast gəlmişik. Məsələn, “Çelsi”nin prezidenti rusiyalı miyarder Roman Abramoviç. Ancaq o, hər il kluba milyonlarla avro xərcləməsəydi, ingilislər onun prezident olmasına razılıq verərdilərmi?

Təəssüf ki, azərbaycanlılar dünyada analoqu olmayan bir təyinatı reallaşdırıblar. Bolqarıstanda ac olan birisini kluba perzident təyin ediblər, yəni prezident klubdan maaş alır. Heyrətlənməmək olmur!

Ey mənim gözəl azərbaycanlı qardaşlarım, 8 milyonluq (9 milyonu keçib – red.) Azərbaycanda peşəkar klubu çalışdıra biləcək bir nəfər tapa bilmədinizmi? Heçmi idman təsərrüfatına rəhbərlik etməyi bacaran bir azərbaycanlı tapa bilmədiniz ki, imdadınıza bolqarlar yetişdi?! Təəssüf, həm də çox təəssüf!

Sözlərimi Aristotelin çox sevdiyi müəllimi Platona söylədiyi məşhur deyimlə bitirmək istəyirəm: “Səni sevirəm, Azərbaycan, amma incimə, həqiqəti səndən də çox sevirəm”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail