"Qəbələ"nin Kiprdəki oyununa ukraynalı hakim

25.07.2015 | 3483 dəfə oxunub

UEFA Avropa Liqası III tur matçında “Qəbələ” Limasol “Apollon”u ilə qarşılaşacaq. Stadium.Az xəbər verir ki, artıq Kiprdə keçiriləcək ilk qarşılaşmanın hakimləri bəlli olub. “Qəbələ”nin səfər oyununda ədaləti ukraynalı hakimlər briqadası qoruyacaq.

 Matçın baş hakimi Sergey Boyko, köməkçiləri isə Aleksandr Korniyko və Volodimir Volodin təyin olunub.

Anatoli Abdula isə qarşılaşmanın 4-cü hakimi olacaq. Matçın hakim inspektoru Almaniyadan Yogen Ştrigel, UEFA nümayəndəsi isə İsraildən Ronen Herşo olacaq.

Əlavə məlumat üçün bildirək ki, oyunun baş hakimi Boyko Azərbaycan klubları üçün tanış hakimdi. Belə ki, ukraynalı, iyulun 23-də Bakıda baş tutan “İnter” – “Hafnarfyordur” qarşılaşmasında 4-cü hakim kimi iştirak edib.

Ancaq bu hakim azarkeşlərin futbol ictimaiyyətinin yaddaşında daha fərqli oyunla qalıb. Ötən il, iyulun 30-da baş tutan “Qarabağ” – “Zalsburq” oyununun da əsas söz sahibi olan ukraynalı həmin matçda ağdamlıların heyətindən iki oyunçunu – Admir Teli və Reynaldonu meydandan qovaraq diqqət mərkəzinə gəlmişdi.

Qarşılaşma iyulun 30-u Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail